Bu ölkə Ukraynaya görə əlavə hərbi texnika almağı planlaşdırır
Ukraynadakı vəziyyəti nəzərə alan Çexiya döyüş qabiliyyətini təcili surətdə möhkəmləndirmək üçün qərb istehsalçılarından hərbi texnika almağı planlaşdırır.
Bu barədə ölkənin müdafiə naziri Yana Çernoxovaya istinadən "Mladá fronta DNES" qəzeti yazıb.
"Artıq bəllidir ki, Ukraynadakı hadisələr səbəbindən dünya silah bazarında tələb təklifi xeyli üstələyir. Çexiyanın əvəzindən deyə bilərəm ki, əgər bizim strateji sənədlərdə qeyd olunanlara uyğun əlçatan texnikanı tez tapsaq, o zaman çox da düşünməyəcəyik. Nəyisə almaq üçün imkan yaranan kimi mən dərhal büdcənin dəyişdirilməsi üçün hökumətə Müdafiə Nazirliyinin təklifini təqdim edəcəyəm", - Çernoxova deyib.
Onun sözlərinə görə, Çexiya imkan dairəsində ABŞ-dan daha çox hərbi helikopterlər alacaq. ABŞ istehsalçısı ilə danışıqlar artıq başlayıb. Praqa ilə Vaşinqton arasında imzalanmış əvvəlki müqaviləyə görə, respublika HHQ-si 12 helikopter almalıdır, ancaq Ukraynada müşahidə edilən vəziyyət bunun ölkəni müdafiə etməyə yetərli olmayacağı qənaətini yaradır.
Qəzet əlavə edib ki, bunlardan başqa, qırıcı təyyarələr, zirehli texnikalar da alına, eləcə də milli ordunun müqavilə əsasında şəxsi heyətinin sayı artırıla bilər./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva