İƏT-in dörd qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti dəstək
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının Yekun Bəyannaməsində Qarabağ münaqişəsinin ədalətli həll olunmasının alqışlanması və qəbul edilmiş dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəaların əks olunması təşkilatın rəsmi Bakının mövqeyinə xüsusi əhəmiyyət verdiyinin göstəricisidir.
İƏT Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə Azərbaycanın çağırışlarına biganə qalmayıb və hər zaman rəsmi Bakının haqlı mövqeyini dəstəkləyib. İƏT Xocalı soyqırımını tanıyan təşkilatlardan biridir.
İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında quruma üzv dövlətlər tam olaraq Azərbaycana postmüharibə dövründə dəstəklərini ifadə ediblər, xüsusilə də Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq, azad edilmiş ərazilərin yenidən qurulmasına yardım göstərmək səylərini ifadə ediblər.
İƏT Ermənistana da çağırış edib: Rəsmi İrəvan təcavüzkar ritorikadan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fəaliyyətinə son qoymalı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına əsaslanan münasibətlər qurulmalıdır.
Nəzərə alınmalıdır ki, İƏT dünyanın 57 dövlətini birləşdirir. Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan da İƏT-də təmsil olunurlar. Buna baxmayaraq, hər iki dövlət Azərbaycanın mövqeyini tam dəstəkləyən sənədlərin qəbulunun lehinə çıxış edib. Son Bəyannamədə əksini tapan müddəalar göstərir ki, 44 günlük Vətən müharibəsinin hərbi və siyasi nəticələri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Artıq beynəlxalq birlik Cənubi Qafqazda sülhün bərqərar olmasını və dövlətlərarası əməkdaşlığın inkişafını gözləyir, əlavə gərginlik və revanşist səylər isə Ermənistana ciddi ziyan vuracaq, o cümlədən beynəlxalq müstəvidə.
Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycana dəstəyi ifadə edən keçmiş Qarabağ münaqişəsinə dair daha dörd qətnamə qəbul edilib: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında", "Azərbaycana iqtisadi yardım haqqında", "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında" və "Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında" qətnamələr.
Qətnamələrdə Ermənistan silahlı qüvvələrinin 30 il ərzində azərbaycanlı əhaliyə qarşı törətdiyi amansız hərəkətlər insanlıq əleyhinə cinayət kimi göstərilir və bu əməlləri törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
İƏT üzvləri Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə İslam mədəni irsinə aid məscidlərin, ibadət yerlərinin talan edilməsi və dağıdılmasını vandalizmin təzahürü kimi qəbul edərək qətiyyətlə pisləyiblər. Bu ərazilərin bərpası üçün Azərbaycana dəstək olmaq məqsədilə İƏT-in müvafiq qurumlarına və üzv dövlətlərə çağırış edilib, Ermənistanın dəymiş zərərə görə məsuliyyəti təsbit edilib.
İƏT həmçinin Ermənistanı sülhə məcbur etmək üçün üzv dövlətlərə çağırış edib. Belə ki, təşkilatın üzvləri rəsmi İrəvanla diplomatik əlaqələr qurmaqdan çəkinməli və iqtisadi əməkdaşlığı məhdudlaşdırmalıdırlar. Bu addımlar Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıması üçün ciddi təsir mexanizmlərini işə sala bilər. Bu müddəa son dövrlər Ermənistanın İƏT dövlətləri ilə əlaqələr qurmaq cəhdləri fonunda xüsusi əhəmiyyət kəsb edir.
Bu qətnamələrin qəbulu rəsmi İrəvana göstərdi ki, İƏT üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını unutmayıb və bu ölkənin yalan təbliğatına inanmır. Ermənistan üçün yeganə yol Azərbaycanın təklifi ilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında sülh müqaviləsi üzərində işin aparılmasıdır. Yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan İƏT ölkələri ilə faydalı əməkdaşlıq qurmaq imkanı əldə edə bilər./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva