Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir

Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edirAzərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması qazın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq.

"Report" Avstriya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın enerji tənzimləyicisi "E-Control"un rəhbəri Volfqanq Urbançiç bildirib.

"Rusiya qəfildən qaz xətlərini kəsərsə, təbii qaz anbarlarının cəmi 12 % dolu olan Avstriya nə vaxta qədər tab gətirə biləcək? Hazırda saxlanc yerlərinin doluluq səviyyəsi təxminən ilin bu vaxtına uyğundur. Amma Rusiya qazı ilə bağlı problemlər yaranarsa, başqa variantları da nəzərdən keçirməliyik. Çünki məqsəd anbarlara gələn qışa yetəcək qədər qaz toplamaqdır", - V.Urbançiç vurğulayıb.

"E-Control"un rəhbərinin sözlərinə görə, Avstriyada qazdan bir milyon evin isidilməsi, eləcə də elektrik enerjisi üçün istifadə olunur, bu səbəbdən də əsas məqsəd elektrik enerjisinin daimi təchizatıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər.

"İndi bu həm Avropa, həm də milli səviyyədə məqsəd Rusiya yanacağından asılılığı (Avstriyada istehlak edilən qazın 80 %-i Rusiyadan gəlir – red.) azaltmaq olmalıdır", - V.Urbançiç söyləyib.

Qeyd olunur ki, Ukraynada münaqişə başlayandan sonra enerji daşıyıcılarının qiymətləri kəskin artıb və Rusiya qazından mərhələli şəkildə imtinanın qiymətlərin daha da "şişməsinə" səbəb olacağı ilə bağlı narahatlıq var.

V.Urbançiçin sözlərinə görə, indi Azərbaycan, Əlcəzair və ya Norveç kimi digər qaz təchizatçıları ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər: "Əminəm ki, o zaman qiymətlə bağlı vəziyyət normallaşacaq və qazın qiyməti aşağı düşəcək".

O, Milli Şuranın qazın "strateji ehtiyatları"nın yaradılması ilə bağlı qərarını düzgün hesab edir: "Bu, aylıq istehlaka bərabər ehtiyatdır. Böhran zamanı ondan istifadə etmək olar".

Almaniya iki il ərzində Rusiya qazından asılılığı tam aradan qaldırmağı qarşısına məqsəd qoyub. "E-Control"un rəhbəri bunu Avstriyanın nümunəsində qeyri-real hesab edir. Bununla belə, o qeyd edir ki, bərpa olunan enerji artıq elektrik enerjisinin 80 %-ni təmin edir: "100 % göstəriciyə 2030-cu ilə qədər nail olmaq lazımdır".

Xatırladaq ki, cümə günü Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığının azaldılması problemini həll etmək və avropalıları enerji qiymətlərinin yüksəlməsindən qorumaq üçün qaz, hidrogen və mayeləşdirilmiş təbii qazı birgə almaq və saxlamaq barədə razılığa gəliblər. Bununla belə, onlar enerji qiymətlərinə yuxarı həddi müəyyən etməyiblər.

Kollektiv qaz alışına Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri qoşula bilər.

Aİ ölkələrinin liderləri həmçinin blokun icraçı orqanı olan Avropa Komissiyasının yeraltı anbarlarının 80 %-nin noyabr ayına qədər və 90 %-nin 2023-cü ilə qədər doldurulması təklifini də təsdiqləyiblər ki, bunun üçün də yaxın aylarda kütləvi şəkildə satınalmalar tələb olunacaq. Komissiya nümayəndələrinin fikrincə, bu, hazırda 25 % civarında olan mövcud saxlama dərəcəsi ilə müqayisədə böyük sıçrayışa səbəb olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

"Report"un daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazova istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1455   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbuld

25 oktyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr
.

Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQ

Azərbaycanda dolların alqı-satqısı üzrə bankların müəyyən etdiyi məzənnələr və alış-satış qiymətləri arasındakı fərq vətəndaşların valyuta seçimlərinə birbaşa təsir edən amillərdəndir. Məzənnə fərqinin formalaşmasında bankların valyuta siyasəti, bazardakı tələb və təklif, eləcə də əməliyyat xərclər

29 oktyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29 oktyabr