"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTO

"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTOSonxeber.az offsideplus.az-a istinadən Azərbaycan millisinin və Türkiyənin "Qaradəniz Ereyli Bələdiyəspor" klubunun qapıçısı Nərgiz Əliyeva ilə müsahibəni təqdim edir.

- Futbolla nə vaxtdan məşğul olmağa başlamısız?

- 2013-cü ildə başlamışam futbolla məşğul olmağa.

- İlk klubunuz hansı olub?

- İlk dəfə "Mingəçevir"in heyətində çıxış etmişəm.

- Neçə il bu komandada çıxış etmisiz?

- 3 il oynamışam.

- Ailənizdə, qohumlarda sizin futbolla məşğul olmağınıza qarşı çıxan olub?

- Xeyr! Bu barədə hansısa çətinlikə rastlaşmamışam.

- Bu yolda ən çox dəstəyi kimdən almısız?

- Heç bir dəstəy olmayıb.

- Nə vaxtdan legioner yaşayırsız?

- 2021-ci ilin yayından Türkiyədə çıxış edirəm.

- Ailənizdən uzaq olmaq sizə problem olmur ki? Darıxmırsız?

- Düzünü desəm, ailəmdən ötrü çox darıxıram. İlk dəfədir ki, bu qədər evdən uzağ oluram.

- Futbolla məşğul olmağınız təhsil almağınıza problem yaratmayıb?

- Orta məktəbi bitirmişəm.Ali təhsil ala bilmədim.

- Futbol sevgi münasibətlərinizə çətinlik yaratmır?

- Sevgilim olmadığına görə bu barədə çətinlik çəkmirəm.

- Kişi futbolçulardan hansı sizə daha çox cəlbedici gəlir?

-Yerlilərdən Emin Mahmudov, xaricilərdən Kriştiano Ronaldonu daha çox bəyənirəm.

- Məsələn, məşhur futbolçulardan evlilik təklifi alsanız, qəbul edərsiz?

- Yaxşı insan olsa və görnüşü xoşuma gəlsə qəbul edərəm.

- Ad çəkə bilərsiz?

- Kriştiano Ronaldo ilə evlənmək istəyərəm. Onunla hamı ailə həyatı qurmaq istəyər ( gülür ).

- Ailə quracağınız şəxs sizə futbolla məşğul olmağı qadağan etsə, nə edərsiz?

- Mən karyeramı bitirdikdən sonra ailə həyatı qurmaq istəyirəm.

- Fikrinizdə hansısa yaşda futbolu buraxacağınızı düşünmüsüz?

- Bəli, indiki yaşımda.

- Səbəb?

- Çünki çox yorulmuşam. Həm millidə, həm də klubda məşqlər ağır olur. Fiziki və psixoloji cəhətdən çətinlik çəkirəm. Bir ay idmandan uzaq olmaq istəyirəm.

- Sizcə, Azərbaycanda futbolçu bəylər daha çox çalışqandır, yoxsa xanımlar?

- Fikrimcə, bəylər. Çünki onlar daha çox maaş alır.

- Düşünürsüz ki, yaxşı pul aldıqlarına görə daha çox çalışırlar?

- Qızlar da o qədər maaş alsa, daha çalışqan olar.

- Kumiriniz olan futbolçu var?

- "Barselona"nın qapıçısı Mark-Andre Terstegen.

- Futbol sizin üçün işdir, yoxsa yaşam tərzi?

- İş.

- Futbolçu olmasaydınız hansı peşəni seçərdiz?

- Bu haqda düşünməmişəm. Yəqin ki, bir iş tapıb işləyərdim.

- Futboldan başqa hansı idman sahələrinə marağınız var?

- Stolüstü tennislə məşğul olmağı sevirəm.

- Karyeranız ərzində unuda bilmədiyiniz ən yaxşı oyunun hansı olub?

- Millinin heyətində İspaniya və İslandiyaya qarşı oyunlar qeyd edərdim. Çox yaxşı çıxış etmişdim.

- Ən pis oyununuz?

- Rusiya millisinə 0:7 uduzmağımız. Həm də hava çox soyuq idi.

- Fubolda başınıza gələn ən maraqlı hadisə hansı olub?

- Maraqlı hadisə olmayıb.

- Karyeranız ərzində peşman olduğunuz hadisə olub?

- Xeyr!

- Qadın futbolumuzun hazırkı durumunu ürəkaçan demək olar?

- Şükür, indi daha yaxşıdır. Millinin oyunlarından da bunu görmək olar.

- Millidə və çıxış etdiyiniz komandada qızlar arasında özünüzə qarşı qısqanclıq hiss etmisiz?

- Bəli, çox olub.

- Ad çəkə bilərsiz?

- Yaxşı çıxmaz ( gülür ).

- Futbolçu olmaq istəyən qızlara nə məsləhət görərdiz?

- Həqiqətən də həvəsləri varsa, sona kimi getsinlər.

"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTO"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTO"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTO"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTO"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva - FOTO


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 6257   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

UEFA İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimələyib

UEFA İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimələyib. Avropa futbol qurumuna istinadən xəbər verir ki, buna səbəb UEFA Millətlər Liqasında noyabrın 15-də baş tutan İspaniya- İngiltərə (2:3) matçında qonaq azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışı olub. Bundan əlavə, quruma tərəfdarların

24 noyabr
.

Lamin Yamal Bakıya gəlməyəcək

"Barselona"nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Vilyareal" ilə matçda zədələnən 18 yaşlı oyunçu Çempionlar Liqasında "Sabah"la matç üçün Azərbaycana gəlməyəcək

23 noyabr
.

"İnter" Karlos Auqusto ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib

İtaliyanın "İnter" klubu müdafiəçisi Karlos Auqusto ilə sözləşmənin müddətini uzatmaq üçün razılıq əldə edib. "Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilənin müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulub. 2024-c

17 noyabr
.

Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf

Azərbaycan yığmasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev qalmaqallı açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, saytına danışan təcrübəli qapıçı Millətlər Liqasındakı qaydaları bilmədiklərini etiraf edib. O bildirib ki, Lixtenşteynlə son turun matçında ən azı 2 to

18 noyabr
.

"Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu

İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"la qarşılaşmaq üçün bu gün Bakıya gəlir. xəbər verir ki, klub prezidenti Xuan Laportanın da yer aldığı klub nümayəndə heyətinin olduğu təyyarə Bakı vaxtı ilə saat 16:00-da Barselonadan havaya qalxacaq

23 noyabr
.

Azərbaycan güləşçiləri Ermənistana gedəcək

Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək. "Qafqazinfo" -a istinadən xəbər verir ki, 25 noyabr - 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karla

18 noyabr
.

UEFA Konfrans Liqasında IV turun oyunları keçiriləcək

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turun matçları bu gün reallaşacaq. xəbər verir ki, ümumilikdə 18 qarşılaşma baş tutacaq. Günün maraqla gözlənilən görüşlərində "Ayaks" "Tun"u, "Brayton" "Universitatya"nı qəbul edəcək. Türkiyənin "Trabzonspor"

26 noyabr
.

Uqo Lyoris Fransa futbolu tarixində rekorda imza atıb

"Los-Anceles"in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1 00 oyun keçirib. xəbər verir ki, bu barədə "L Equipe" məlumat yayıb. Məlumata görə, o, buna nail olan ilk fransız futbolçu olub. Otuz doqquz yaşlı qapıçı "Los-Anceles Qalaksi" komandasına qarşı əlamətdar oyununu keçirib

16 noyabr
.

"Sabah" - "Barselona" oyununun hakimləri bəlli olub

Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib. xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FIFA referisi Nikolas Uolş idar

23 noyabr