Azərbaycan güləşçiləri Ermənistana gedəcək

Azərbaycan güləşçiləri Ermənistana gedəcəkAzərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

"Qafqazinfo" Prosport.Az-a istinadən xəbər verir ki, 25 noyabr - 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvü olduğundan idmançılarımız bu yarışda iştirak edə biləcək. Böyüklər, gənclər və yeniyetmələr arasında baş tutacaq yarış eşitmə qüsurlu güləşçilər arasında keçiriləcək.

Avropa çempionatı böyüklər arasında 8-ci, yeniyetmə və gənclər arasında 5-ci, qadınlar arasında isə ilk qitə birinciliyi olacaq. Yarışın məkanı kimi fərqli mənbələrdə Ermənistanın paytaxtı Yerevan (İrəvan), 3-cü böyük şəhəri Vanadzor (Böyük Qarakilsə) və ya kurort dağ şəhərciyi Tsaxkadzor (Dərəçiçək) göstərilib.

Azərbaycanın bu yarışda iştirakı ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb.

Daha öncə 27 iyul - 2 avqust tarixlərində 17 yaşadək güləşçilərin (U-17) Bakıda keçirilən dünya çempionatında Ermənistanın 16 idmançısı (6 sərbəst, 10 yunan-Roma güləşçisi) iştirak etmişdi. Yunan-Roma güləşçilərindən Canes Nəzəryan (71 kq) qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) Bakı xalçasında bürünc medal qazanmışdı.

Qeyd edək ki, Milli Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri ötən ayın 19-u səhiyyə naziri təyin olunmuş Anar Bayramovdur. Komitənin prezidenti funksiyasını isə Əli Qurbanlı icra edir.

Xatırladaq ki, EDSO 11-12 noyabr tarixlərində Bakıda cüdo üzrə Avropa çempionatı da təşkil edib. Burada Avropanın 12 ölkəsindən 77 cüdoçu tatami üzərinə çıxıb.

Sonda onu da bildirək ki, ölkələr arasında münasibətlərin düzəlməsi səbəbindən Azərbaycanın karate üzrə yeniyetmə, gənclər və U-21-lərdən ibarət komandasının 5-7 fevralda İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı da gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 204   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm

8 noyabr
.

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca

6 noyabr
.

Toraldan atmacalı açıqlama - Video

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da"

13 noyabr
.

"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır

"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"

7 noyabr
.

Uqo Lyoris Fransa futbolu tarixində rekorda imza atıb

"Los-Anceles"in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1 00 oyun keçirib. xəbər verir ki, bu barədə "L Equipe" məlumat yayıb. Məlumata görə, o, buna nail olan ilk fransız futbolçu olub. Otuz doqquz yaşlı qapıçı "Los-Anceles Qalaksi" komandasına qarşı əlamətdar oyununu keçirib

16 noyabr
.

"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto

Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün

8 noyabr
.

İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı ilə bağlı qərar verildi

İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə "Andorra"nın qapıçısı Xesus Ovono 12 oyunluq diskvalifikasiya edilib. -ın -ya istinadən xəbərinə görə, bu barədə qərar İspaniya Futbol Federasiyasının İntizam komitəsi tərəfindən qəbu

14 noyabr
.

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb. Bu barədə -a ACF-nin mətbuat xidmətindən bildirilib. Doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub

12 noyabr
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

7 noyabr