Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb

Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıbYaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində onlarla insan xəsarət alıb, yaşayış və kommersiya obyektlərinə ziyan dəyib, dəmir yolu nəqliyyatında fasilələr yaranıb.

"The Japan Times" nəşrinin məlumatına görə, 5,7 bal gücündə zəlzələ noyabrın 8-də yerli vaxtla saat 01:04-də Sizuoka prefekturasında qeydə alınıb. Yeraltı təkanlar Aiçi prefekturası da daxil olmaqla ətraf ərazilərdə güclü hiss olunub.

Hadisə nəticəsində mağazaların şüşələri sınıb, ticarət obyektlərindəki məhsullar rəflərdən yerə tökülüb. Aiçi prefekturasında təcili yardım xidmətlərinə əsasən yüngül xəsarətlərlə bağlı 16 müraciət daxil olub. Sizuoka prefekturasında isə ən azı üç qadın tibbi yardıma ehtiyac duyub. Yerli media ümumilikdə 24 nəfərin xəsarət aldığını bildirib.

Zəlzələ nəqliyyat sisteminə də təsirsiz ötüşməyib. Yeraltı təkanlardan sonra səhər saatlarında regional qatarların hərəkətində müvəqqəti gecikmələr və dayanmalar qeydə alınıb. Məhdudiyyətlər yüksək sürətli Şinkansen qatarlarına da təsir edib.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, təkanlar Osakaya qədər hiss olunub. Həmin ərazidə yaşayan xarici ölkə vətəndaşlarından biri zəlzələ zamanı qorxaraq ikinci mərtəbədəki mənzilindən yıxılıb və xəstəxanaya çatdırılıb.

Yaponiya Meteorologiya Agentliyi sunami təhlükəsi barədə xəbərdarlıq etməyib. Bununla belə, qurum əhalini növbəti günlərdə mümkün güclü yeraltı təkanlara qarşı diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Yaponiya Sakit okeanın "Alov halqası" adlanan seysmik fəal zonasında yerləşdiyindən ölkədə il ərzində çoxsaylı zəlzələlər baş verir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 186   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər

Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki

23 noyabr
.

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozmas

24 noyabr
.

Zelenski: Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırıq

Kiyev Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi üzrə Avropa, ABŞ və Rusiyanın iştirakı ilə mümkün dördtərəfli görüşün keçirilməsinə hazırdır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Biz Ukrayna

23 noyabr
.

Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul

23 noyabr
.

Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi

Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb. "Reuters"ə istinadən xəbər verir ki, hakim Çin avtomobilinin xarici görünüşünün "Jaguar Land Rover" (JLR) konserninin müəlli

22 noyabr
.

İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb

İraqın dövlət aviaşirkəti "Iraqi Airways" Tunisin cənub-qərbində dayanacaqda saxlanılan iki "Boeing 747" təyyarəsini satışa çıxardığını elan edib. xəbər verir ki, bu barədə aviaşirkətin saytında elan yerləşdirilib. Söhbət İraq hökumətinə məxsus olmuş və Səddam Hüseynin uçuşları üçü

23 noyabr
.

NATO Polşaya xüsusi kəşfiyyat təyyarəsi göndərir - raket insidenti narahatlıq yaradıb

NATO Polşa ərazisinə hava məkanına nəzarət və erkən xəbərdarlıq imkanlarına malik AWACS təyyarəsi göndərmək qərarına gəlib. Reuters-ə istinadən xəbər verir ki, qərar Polşa ərazisinə üç raketin düşməsindən sonra qəbul edilib. Polşalı rəsmilərin məlumatına görə, hadisə NATO-nun şərq cinahında təhlükəsizli

24 noyabr
.

Cənubi Koreyada sakinlərə sığınacaqlara getmək göstərişi verildi - Rusiya təyyarələri yaxınlaşdı

Cənubi Koreyada Rusiya hərbi təyyarələrinin ölkənin şərq sahillərinə yaxınlaşmasından sonra ada sakinlərinə təcili sığınacaqlara getmək barədə xəbərdarlıq edilib. Hadisə nəticəsində Ulleung adasında həyəcan siqnalları səsləndirilib, sakinlərə yeraltı sığınacaqlara və ya təhlükəsiz binalara keçmək tapşırılıb

24 noyabr
.

Süni Ay torpağında yeməli kartof yetişdirildi

NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind

24 noyabr