Azərbaycan Ordusu geri çəkiləcəkmi?
Əvvəlcə ABŞ və Fransa, ardınca Rusiya Azərbaycan Ordusunun "əvvəlki mövqelərinə" geri qayıtmağı ilə bağlı çağırış etdi: Vaşinqton və Parisin çağırışlarının praktikada təsiri olmadığı bəllidir, lakin sülhməramlıları bölgədə yerləşən Moskvanın çağırışı narahatlığa əsas yaradır, çünki bundan öncə məhz rusların müdaxiləsi ilə bir çox addımların qarşısı alınıb.
Yenə eyni hal yaşana bilərmi?
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında bu suala cavab tapmaq mümkündür:
Birincisi, Azərbaycan Ordusu öz suveren ərazimizdə hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək;
İkincisi, bölgədə gərginliyin səbəbi 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməməsi – erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmamasıdır: bu, həyata keçirilmədiyi müddətdə belə hallar davam edə bilər.
Mümkündür ki, Rusiya tərəfinin "israrlı" açıqlamaları yenə davam edəcək, lakin bunun praktikada dəyişikliyə səbəb olacağı ehtimalı azdır. Azərbaycanın bu dəfə geri çəkilməsi Qarabağda gələcək planlarda risklər yarada bilər, Bakıda bunu anlayırlar. Bakıda onu da anlayırlar ki, mövcud vəziyyətdə bölgədə yeni gərginlik Moskvaya da sərfəli deyil, əksinə, üçtərəfli razılaşmalarda irəliləyiş olmalıdır, xüsusilə sərhəd və kommunikasiya məsələsinin önünü bağlayan 4-cü maddənin icra edilməsi istiqamətində. Və bunun üçün şərtlər yetişdirilməlidir./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva