"Qarabağda gərginliyin səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir"
"Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq".
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, görünən odur ki, Rusiya sülhməramlılarının Qarabağda apardıqları ikibaşlı oyunlar artıq sona çatmaqdadır:
"Hazırda ordumuz son yerdəyişmə proseslərini davam etdirir. Görünür, Rusiya Müdafiə Nazirliyində oturan kargüzarlar hələ də Üçtərərəfli Bəyanatın şərtlərini ya oxumayıblar, ya da oxumaq istəmirlər. Əgər oxusalar görərlər ki, 4-cü bənddə qısa və konkret olaraq erməni silahlılarının Azərbaycan ərazisindən çıxarıldığı müddət dəqiq qeyd olunub".
"Rusiya hesab edirsə ki, o, Ukrayna ərazisində faşist və ya nasist axtarışına çıxa bilər, o zaman eyni hüququ Azərbaycaın öz ərazisi olan Qarabağda həyata keçirilməsi hüququnu tanımalıdır. Daxil olan və təsdiqlənməyən məlumatlara görə Qarabağ ərazisində erməni silahlıları daha irimiqyaslı təxribatlar hazırlayır. Bunu separatçı qurum rəhbərliyi tərəfindən "hərbi vəziyyətin elan olunması" da büruzə verir. Rusiya sülhməramlıları erməni silahlılarını Azərbaycan ərazisindən çıxarmasalar, onda ölkəmiz həmin təxribatlara daha geniş miqyasda cavab vermək məcburiyyətində qalacaq. Kimsə, o cümlədən Rusiya sülhməramlısı və ya erməni silahlıları Azərbaycan torpaqlarında özünü olduğundan böyük görə bilməz" – hərbi ekspert əlavə edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, "Dağlıq Qarabağ" ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi istəyib./Report
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1547 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI
Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd
18 sentyabr 2021