Karl Marks Putin haqda

Karl Marks Putin haqda"Azadlıq sürünün nəyinə gərək?

Nəsildən-nəsilə onun qisməti

Noxtadır, qamçıdır, bir də dəyənək"

(Puşkin)

Sovet hökuməti, tam adıyla yazsam, Sovet Sosialist Respublikalar İttifaqı marksizmə, sosializm-kommunizm ideyalarına söykənirdi və o dövlətdə 19-cu əsr alman filosofu Karl Marksın demək olar tam külliyatını çap eləmişdilər. Yalan olmasın, Marksın haçansa konfet kağızı üzərində elədiyi cızmaqara da kitaba salınmışdı. Sovetlər proletariatın dahi rəhbərlərindən birincisinin ("Marks, Engels, Lenin" – bu ardıcıllığı biz bədbəxt sovet zəhmətkeşləri əzbər bilərdik) yalnız bir əsərini tərcümə və çap etməmişdilər. Daha doğrusu, sovet vətəndaşları bu əsərin varlığını yalnız SSRİ dağılan ərəfədə, Qorbaçovun aşkarlıq, yenidənqurma illərində öyrəndilər. Karl Marksın həmin senzuradan keçməyən əsəri "18-ci yüzilliyin gizli diplomatiya tarixi" adlanır.

Bəs SSRİ-nin bu əsərə düşmən münasibətinin səbəbi nə idi? Hə, bax, burası çox maraqlıdır, üstəlik indiki dövrümüzə əməllicə işıq salır. Oxuduqca görürsən ki, Marks müəllim nə qədər dahi şəxsiyyət olubdur və bəlkə də biz meydan hərəkatı vaxtı o kişinin Bakıdakı heykəlini çox nahaq yerə söküb yerində benzokolonka qayırmışıq. Hətta "qələt eləmişik" yazmaq olar.

Yaxşısı budur uzunçuluq etməyim və Marksın həmin gizlədilmiş əsərindən sitatları oxuyaq: "Moskoviya monqol əsarətinin dəhşətli və iyrənc məktəbi altında böyüyüb, tərbiyə alıb. Hətta azadlıq əldə edəndən sonra da Moskoviya özünü ağa olmuş kölə kimi aparıb. Nəticədə Böyük Pyotr monqol köləsinin siyasət sənətini Çingizxanın dünyanı tutmaq vəd elədiyi monqol hökmdarların məğrur cəhdləriylə birləşdirdi"; "Monqol-tatarlar üçün ərazi tutmaq vacib idi, onlar daim böyümək istəyirdilər və tutduqları yerləri viran qoyurdular. Çünki sayca az idilər və arxalarında daha çoxsaylı, potensial üsyançı xalqlar, etnoslar buraxmaq istəmirdilər. İndi Rusiyanın dünya siyasəti də həmin monqol siyasətidir"; "Çox təəssüf ki, vaxtilə Napoleon Rusiyanı öz Asiya sərhədlərinə sıxışdıra bilmədi"; "Rusiya Avropada despotizmin son sığınacağı və onurğa sütunudur" və sairə. Hələ bu harasıdır... Yaxın oturun, Marks müəllimin nə qədər uzaqgörən olmasına birlikdə heyrətlənək: "Rusiya Avropada militarizmin varlığının yeganə səbəbkarı və insan azadlığına əsas təhlükədir".

Məncə, artıq hörmətli oxucular Rusiyanın işğalçı siyasətinin əsəri olan SSRİ-də Marksın bu əsərinin niyə çap olunmadığını artıq başa düşdülər. Hələ bunlar qısa sitatlardır, Marks dörd fəsildən ibarət o fəlsəfi-siyasi traktatında, belə deyək, rus xalqının anasını ağladıbdır. Bir cümlə ilə yazsaq, Marks deyir ki, rus xalqı iki yüz il əsarətdə yaşadığı üçün özü də əsarətə öyrəşib, dünyaya ancaq ziyan vurmağa yarayır.

Marksın o əsəri yazdığı vaxtdan ötən yüz yetmiş ilə yaxın dövrdə Rusiyanın başçıları sanki bu sitatları doğrultmağa çalışıblar. Bu gün Ukrayna xalqının başına açılan oyunlar da həmin quldur siyasətin davamıdır.

Hələ utanmadan işğalçılığa haqq qazandırırlar. Məsələn, Qafqazı, Rusiya ətrafındakı bütün zonaları öz maraq dairələri elan edir, "sülhməramlı" adıyla qoşun yeridir, dövlətlərin ərazi bütövlüyünü pozur, millətlər arasında qan salıb hökmranlığı davam etdirmək istəyirlər. Bu zaman belə düşük arqument da irəli sürülür: "NATO-nun, Amerikanın bu bölgələrdə nə işi var?". Maraqlı sualdır. Ancaq ruslar, Moskva başa düşmək istəmir ki, ətrafda olan bütün xalqlar bunlara nifrətlə yanaşır, bütün mümkün vasitələrlə uzaqlaşmaq, xilas olmaq istəyirlər. Heç bir özünə hörmət edən xalq orta əsrlərin "monqol imperiyası" altında yaşamaqdan zövq almır. Avropa xalqları NATO-nu, ABŞ-ı yalvarıb çağırırlar, rusları isə qovanda da getmir. Fərq bax bundadır. Ukrayna NATO-nu istəməkdən əldən düşdü, lakin gəlin baxaq görək son yüz ildə hansı dövlət Rusiyanı "qonaq çağırıb", oyuncaq, alət Ermənistandan başqa? Yeri gəlmişkən, erməni xalqının fəlakəti də elə ruslara alət olduğu son 100-140 ildə baş verib, ondan qabaq bölgədə bəy kefində yaşayırdılar. Daşnak partiyasının liderlərindən biri, 1918-ci ildə müstəqil Ermənistanın ilk baş naziri olmuş Hovanes Kaçaznuni bu mövzuda peşmançılığı yaxşı ifadə eləyib: "Biz qeyd-şərtsiz Rusiyaya istiqamətlənmişdik. Hansısa bir səbəb yox ikən, zəfərimizi qeyd edirdik. Sədaqətimizin, verilən tapşırıqları yerinə yetirməyimizin və köməklərimizin müqabilində çar hökumətinin Ermənistana müstəqillik bəxş edəcəyini düşünürdük. Öz işimizə başqalarını da qoşduq, heç bir səlahiyyəti olmayan şəxslərin sözlərinə əhəmiyyət verdik. Özümüzü hipnoz etdik və bunun təsiri ilə həqiqəti dərk etmədik, xəyallara qapıldıq".

Ən gülüncü isə Putinin son çıxışı idi. Rusiyada bircə damazlıq azad qəzet qalıb, hər sahə senzura altındadır, o isə dünyanı sənətçilərə azadlıq verməyə çağırırdı. Deyir, dirijor Gergiyevi niyə işdən azad ediblər, axı o sənətkardır. Ta demir ki, bu "sənətkar" separatçının yekəsidir, neçə işğala haqq qazandırıb, Putinin bütün seçkilərdə vəkili olub və üstəlik, hinduşka ferması var. Zarafat eləmirəm./Pravda


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3468   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək

27 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr
.

Niderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var

Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind

26 oktyabr
.

HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb

Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk

27 oktyabr
.

Qazaxıstan rusiyalı avtomobil alıcılarına qarşı sanksiyalar tətbiq edir

Qazaxıstan sanksiyalar səbəbindən rusiyalılara, hətta yerli qeydiyyatı olanlara belə avtomobil satışını dayandırıb. xəbər verir ki, Rusiya vətəndaşına Almatıdakı Skoda dilerliyində Rusiya pasportu ilə sövdələşməkdən imtina edilib və bu, Aİ sanksiyaları və Çexiya şirkətinin siyasəti ilə izah edilib. Oxşa

27 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6

27 oktyabr
.

Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır

Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə

26 oktyabr