Baydenin Putin haqqında sərt tonda açıqlamaları Makronun da xoşuna gəlmədi - Mən belə bir dildən istifadə etməzdim

Baydenin Putin haqqında sərt tonda açıqlamaları Makronun da xoşuna gəlmədi - Mən belə bir dildən istifadə etməzdimABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında sərt tonda açıqlamaları Fransa prezidenti Emmanuel Makronun xoşuna gəlməyib.

Makron Baydenin Putini "qəssab" adlandırması və "hakimiyyətdə qala bilməyəcəyini" dedikdən sonra Ukraynada müharibənin qızışdırılmasına qarşı xəbərdarlıq edib.

Makron bildirib ki, məqsəd Ukraynada atəşkəs əldə etmək, daha sonra isə Rusiya qoşunlarını çıxarmaqdır.

Fransa prezidenti bunun, şifahi və ya əməli eskalasiya ilə mümkün olmayacağını deyib: "Düşünürəm ki, əvvəlcə realist olmalısız, sonra isə vəziyyətin nəzarətdən çıxmaması üçün əlindən gələn hər şeyi etməlisiz. Mən belə bir dildən istifadə etməzdim, çünki hələ də prezident Putinlə danışıram. Biz nə istəyirik? Rusiyanın Ukraynada başladığı müharibəni müharibəyə girmədən və şiddətlənməmiş dayandırmaq istəyirik. Məqsədimiz budur".

Ukrayna böhranı boyunca Putinlə daim əlaqə saxlayan Makron, güclü bombardmana məruz qalan liman şəhəri Mariupoldan mülki əhalinin təxliyəsini təşkil etmək üçün yaxın iki gün ərzində Rusiya lideri ilə danışacağını söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2429   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Moldovanın Baş naziri Ukraynaya gedib

Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbua

26 oktyabr
.

"Amerikalı Nostradamus"dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Nostradamusun proqnozlarını araşdıran amerikalı Con Houq 2028-ci ilə qədər dünyada nüvə münaqişəsi və ABŞ-da ciddi iqtisadi böhran baş verə biləcəyini iddia edib. Bizim.Media xəbər verir ki, onun fikirləri UNIAN-ın "The Economic Times" nəşrinə istinadən yaydığı materialda yer alıb. Houqun iddiasın

26 oktyabr
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26 oktyabr
.

ABŞ-İran müharibəsində son vəziyyət: Tehranda danışıqlar, neft qiymətləri yüksək səviyyədə

ABŞ və İran arasında davam edən münaqişə fonunda diplomatik təmaslar və regionda təhlükəsizliklə bağlı gərginlik diqqət mərkəzindədir. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin nümayəndələrinin Tehranda apardığı görüşlərdə müharibənin genişlənməsinin qarşısının alınması, Hörmüz boğazında gəmiçiliyi

26 oktyabr
.

İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadını

26 oktyabr
.

Rusiya Ukraynaya gecə hücumları edib: enerji obyektləri və liman infrastrukturu hədəfə alınıb

Rusiya ordusu gecə saatlarında Ukraynanın bir neçə bölgəsinə hava zərbələri endirib. Hücumlar nəticəsində azı altı nəfərin yaralandığı bildirilir. Reuters-in məlumatına görə, Ukraynanın Zaporojye şəhərində dörd, Çerniqov vilayətində isə iki nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyi Xarkov şəhərində elektri

26 oktyabr
.

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək

27 oktyabr
.

İsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı

İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ

28 oktyabr