"Bu onların yeganə çıxış yoludur. Əks halda, ölkəni tərk etməlidirlər"

"Bu onların yeganə çıxış yoludur. Əks halda, ölkəni tərk etməlidirlər""Ordumuzun hər hansı güc tətbiq etmədən Xocalı rayonunun inzibati ərazisinə daxil olan Fərrux kəndini nəzarətə götürməsi və kəndin üzərindəki Daşbaşı yüksəkliyində möhkəmlənməsi münasibətilə xalqımızı təbrik edirəm".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, müharibədən sonra həmin ərazilər Rusiya sülhməramlı kontingentinin nəzarətində idi:

"Sülhməramlıların vəzifə səlahiyyətlərində yol verdikləri boşluqlar (daha doğrusu, separatçılara dəstəyi) nəticəsində erməni silahlı qüvvələrinin qalıqları mütəmadi olaraq ordumuzun mövqelərini atəşə tutur, təxribatlara əl atırdılar. Halbuki 10 noyabr 2020-ci il Bəyannaməsinə görə, Azərbaycan ərazisindən erməni silahlıları tamamilə çıxarılmalı, kommunikasiyalar açılmalı idi. Bəyannamənin tam həcmdə icrasını Rusiya təmin etməli olsa da, əksinə, proses ləngidilir və ermənilərə yeni müdafiə istehkamlarının yaradılması üçün şərait yaradılırdı. Onlar açıq şəkildə təşkilatlanır, Şuşanın, Hadrutun və digər ərazilərin qaytarılacağı ilə bağlı sərsəm bəyanatlar səsləndirirdilər. Revanş hissi ilə yaşayan separatçılar Fərrux kəndinin, Daşbaşı yüksəkliyinin strateji cəhətdən son dərəcə əhəmiyyətli olduğunu başa düşür və himayədarlarının köməkliyi ilə nəzarətdə saxlamağa cəhd edirdilər. Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin işğaldan azad olunması ordumuza Ağdam, Xocalı, Xankəndi, Əsgəran rayonlarını birləşdirən maqistral yollara, son 30 ildə kənd təsərrüfatı üçün suyun qarşısını almaqla, ekoloji təxribat vasitəsi olaraq, istifadə olunan Xaçın gölünə nəzarət imkanı verir".

Deputat qeyd edib ki, təəccüb doğuran əsas məsələ isə, Rusiya Müdafiə Nazirliyinin mövqeyidir:

"Onların bəyanatlarındakı sərt ritorika, "Dağlıq Qarabağ respublikası", "sülhməramlıların təsir zonası" kimi qanunsuz terminlər qətiyyən qəbuledilməzdir, iki ölkə arasında formalaşmış əməkdaşlıq ruhuna ziddir. Təbii ki, Müdafiə və Xarici İşlər Nazirliklərimizin verdikləri cavablar da adekvat xarakter daşımaqla milli maraqlarımızın etibarlı şəkildə müdafiə olunduğunu göstərir. Qarabağda yaşayan ermənilər, onlara havadarlıq edənlər anlamalıdırlar ki, suveren Azərbaycan dövlətinin ərazisində yaşayaırlar və Azərbaycan qanunlarına uyğunlaşmalıdırlar. Separatçılıqdan əl çəkməlidirlər. Bu onların yeganə çıxış yoludur. Əks halda, ölkəni tərk etməlidirlər. Başqa yol yoxdur.

"Mən nəyi, necə və nə vaxt etməyi yaxşı bilirəm" deyən Prezident İlham Əliyevin bu fikirləri zaman-zaman öz təsdiqini tapır. Hesab edirəm ki, Fərrux kəndinin, Daşbaşı dağının və digər strateji yüksəkliklərin işğaldan azad olunması cənab Prezidentin səbirlə, təmkinlə apardığı hərbi-siyasi diplomatiyanın qələbəsidir. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan Prezidenti geosiyasi proseslərin önündə gedir və ən kritik məqamlardan belə, milli, dövlətçilik maraqlarımızın qorunmasında istifadə etməyi bacarır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1806   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr