"Bu proses tam olaraq qanun çərçivəsindədir və yaxın zamanlarda başqa ərazilərimizdə də davam edərək"
"Şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin edib".
Bunu Sonxeber.az-a deputat Müşfiq Cəfərov deyib.
Deputatın sözlərinə görə, müəyyən məsələlər var ki, onların danışıq, sülh yolu ilə təmin olunması məqsədəuyğundur:
"Biz regionda və torpaqlarımızda müharibə deyil, sülh, əmin-amanlıq istəyirik. Bu səbəbdən Ermənistan hakimiyyətinin bütün maneələrinin öhdəsindən diplomatik yolla gəlməyə çalışır, buna nail də oluruq.
Hazırda gündəmi Xocalının Fərrux kəndinin azad olunması zəbt edib. Biz bütün Qarabağı azad etdik, sadəcə, qeyd etdiyim kimi, müəyyən məsələlərin həlli üçün Ermənistana vaxt verildi. Lakin ötən 1 ildən çox vaxt ərzində isə onlar bu zamanı dəyərləndirə bilmədilər. Hazırda bütün Qarabağ Azərbaycanın tərkib hissəsidir, orada yaşayan sakinlər isə erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Belə deyək: necə ki, Azərbaycanın şimalında ləzgilər, cənubunda talışlar, şimal-qərbində avarlar və bu kimi digər milli azlıqlar var, Qarabağda da erməni etnosu mövcuddur. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib, bizim qanunlara tabe olaraq həyatlarını davam etdirməyi seçməlidirlər, ya da ərazilərimizi tərk edib getməlidirlər. Bu reallığı erməni xalqı və seperatçıları qəbul edəcək. Azərbaycan ordusu erməni seperatçılarına üçtərəfli bəyanatın əsas şərtlərindən olan maddəsini izah edir ki, o şərt də bundan ibarətdir: Qarabağda bir nəfər də olsun silahlı erməni dəstəsi qalmayacaq. Erməni dəstələri silahlanaraq Azərbaycan ordusuna qarşı terrorizmlə məşğul olurlar. Hazırda ordumuz seperatçılardan əzəli torpaqlarımızı təmizləməyə çalışır. Biz hər zaman bütün məsələlərin danışıqlarla həll olunmasının tərəfdarıyıq. Ermənistan tərəfi isə xalqımızın Böyük Qayıdışına əngəl olmağa çalışır. Lakin onlar buna nail ola bilməyəcklər".
Deputat vurğulayıb ki, müharibə bitdikdən sonra ölkə başçısı İlham Əliyev dünyanın çoxsaylı aparıcı mətbuatlarına və yerli mediaya açıqlamalar verərkən hər zaman qeyd edib ki, biz ərazi bütövlüyümüzü bərpa etmişik, bundan sonrakı məsələlər danışıqlar masasında həll olunmalıdır:
"Cənab Prezident nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir. Fərrux da, digər ərazilər də Azərbaycanın torpaqlarıdır. Fərrux onsuz da İkinci Qarabağ savaşından sonra ərazi bütövlüyümüzə daxil olan ərazimiz idi. İndi isə həmin məkanda, bəyanata uyğun olaraq, rus sülhməramlılarının yerinə yetirə bilmədiyi işi ordumuz həyata keçirir və Fərrux yüksəkliyini separatçı erməni birləşmələrindən təmizləməklə nəzarəti ələ alıb. Bu proses tam olaraq qanun çərçivəsindədir və yaxın zamanlarda başqa ərazilərimizdə də davam edərək. Sadəcə səbir və təmkinlə bütün məsələlərin həll olunmasını gözləmək lazımdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva