"Birinci Qarabağ müharibəsində Fərrux zirvəsi uğrunda gedən qanlı döyüşlərdə xeyli şəhid vermişik"
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etməklə düşmənə tarixi dərs verdi".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat vurğulayıb ki, Ali Baş Komandanımızın diplomatik gücü, qəbul etdiyi qərarlar və canları bahasına ərazi bütövlüyümüzü bərpa edən mərd oğullarımız sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu və Azərbaycan bütün dünyada qalib ölkə kimi tanındı:
"44 günlük Vətən müharibəsindən sonra növbəti Fərrux zəfəri post-münaqişə dövründə Azərbaycanın bölgədə sülhyaratma missiyasının vacib və uğurlu mərhələrindən biridir. Ən önəmlisi isə Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndini nəzarətə götürməsi növbəti zəfərimiz olmaqla yanaşı, həm də Ali Baş Komandan İlham Əliyevin nə vaxt, nəyi, necə etmək lazım olduğunu yaxşı bildiyini növbəti dəfə sübut etdi. Heç kəsə sirr deyil ki, Birinci Qarabağ müharibəsində Fərrux zirvəsi uğrunda gedən qanlı döyüşlərdə xeyli şəhid vermişik. Fərrux zirvəsinin azad edilməsi həm də o şəhidlərin ruhunu şad etdi.
Ən önəmlisi isə bu zirvənin azad edilməsi Ağdamın təhlükəsizliyinin tam təmin edilməsi deməkdir. Fərrux zirvəsinin Azərbaycan ordusunun nəzarətinə keçməsi digər kəndlərimiz və zirvələrimizin də tezliklə tam bizim nəzarətimizə keçəcəyi ehtimalını artırır".
Deputat qeyd edib ki, əslində Fərrux kəndinin, Daşbaşı dağının və digər strateji yüksəkliklərin işğaldan azad olunmasını cənab Prezidentin səbir və təmkinlə apardığı hərbi-siyasi diplomatiyanın növbəti qələbəsi kimi də dəyərləndirmək olar:
"Artıq cənab Prezident İlham Əliyevin "Mən nəyi, necə və nə vaxt etməyi yaxşı bilirəm" sözləri zaman-zaman öz təsdiqini tapmaqdadır. Bu möhtəşəm qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2099 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr