Zelenski Qərbdən ən çox ehtiyac duyulan silahların adını açıqlayıb
Rusiya-Ukrayna müharibəsində mümkün qədər çox insanın həyatını xilas etmək Ukraynanın qələbəsi olacaq.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Zelenski xarici jurnalistlərə bildirib.
Ukrayna lideri deyib ki, indi onun ölkəsinin Qərbdən ən çox ehtiyac duyduğu silahdır. "İlk növbədə təyyarələr. İkincisi isə tanklar", - Zelenski deyib.
"Ukraynanın qələbəsi necə görünür" sualına prezident belə cavab verib: "Qələbə mümkün qədər çox insanın həyatını xilas etmək üçün fürsətdir".
Zelenski həmçinin etiraf edib ki, dövlət başçısı kimi bunun bu qədər çətin olacağını gözləmirdi. "Bu qədər ağır olacağını gözləmirdim... mən qəhrəman deyiləm" deyə bildirən Ukrayna lideri bunun xalqının nailiyyəti olduğunu vurğulayıb.
Zelenski həmçinin bildirib ki, o, tez-tez Prezident Aparatından kənara çıxır, çünki yalnız bu yolla o, həqiqətən nə baş verdiyini dəqiq bilə bilər.
"İnsanların sizə inanması üçün dürüst olmalısınız. Özün olmalısan", - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, Zelenski daha əvvəl Rusiya mətbuatına verdiyi müsahibədə fevralın 24-dən sonra ruslara münasibətinin dəyişib-dəyişməməsindən danışmışdı.
"Baxmayaraq ki, mən prezidentəm və kifayət qədər praqmatik olmalıyam, ancaq fevralın 24-dən sonra münasibət pisləşib. Çox pisləşib. Rusiya Federasiyasına, xalqa qarşı emosional komponent itib. Hətta xalqa münasibətdə..." Zelenski bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva