"Rusiya XİN-in təxribatçı açıqlamalarının heç bir əsası və mənası yoxdur" - MİLLƏT VƏKİLİ - ÖZƏL
Xəbər verdiyimiz kimi, tarixi torpaqlarımızdan olan Xocalının Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib.
Mövzuyla bağlı Sonxeber.az-a millət vəkili Aydın Hüseynov münasibət bildirib.
O söyləyib ki, Fərrux kəndinin və strateji yüksəkliklərin azad edilməsi "Dəmir Yumruğ"un növbəti zəfəridir:
"Azərbaycan Ordusunun Fərrux dağı və digər strateji əraziləri, yüksəklikləri erməni terrorçularından azad etməsi 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbənin yeni şərəfli səhifəsi hesab edilə bilər. Azərbaycan bu prinsipial və qətiyyətli addımları ilə öz ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn təhdidləri aradan qaldırdı, həm də 2020-ci il 10 noyabr tarixli bəyanatın 4-cü bəndinin icrasını həyata keçirmiş oldu. Həmin bəyanatın eyni bəndində qeyd olunub ki, qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır. Lakin müvəqqəti olaraq həmin ərazilərimizə yerləşdirilən Rusiya sülhməramlıları öz üzərinə götürdükləri öhdəliyi yerinə yetirmədiklərindən Azərbaycan ordusu özü həmin bəndin tələblərini icra etməyə məcbur oldu. Necə ki, 44 günlük müharibə zamanı BMT-nin qətnamələrini özü təkbaşına yerinə yetirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin qətiyyətli iradəsi sayəsində ordumuz sülhməramlıların hələ də himayə etdiyi erməni silahlı birləşmələrini tamamilə darmadağın etməkdə qərarlıdır".
Millət vəkili qeyd edib ki, Fərrux kəndi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir:
"Bu ərazi çox böyük hərbi və tarixi məna daşıyır. Erməni terrorçuları bütün tarixi dövrlərdə həmin strateji yüksəklikləri ələ keçirmək üçün cəhdlər göstəriblər. Hələ 100 il əvvəl, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda erməni terrorizminə qarşı müharibə aparanda Əsgəran, Qarabağ istiqamətində əməliyyatları məhz Fərrux kəndindəki strateji nöqtədən idarə edib. 90-cı illərdə Qarabağda münaqişə törədən erməni separatizmi xüsusi əhəmiyyət daşıyan bu ərazini ilk günlərdən işğal edib, Azərbaycan Silahlı Qüvvələri 1992-ci ildə bir neçə dəfə bu strateji əhəmiyyətli yüksəklik uğrunda şəhidlər verib, ancaq ələ keçirməyə müvəffəq olmayıb. 1992-ci ilin yanvar ayında Milli Qəhrəman, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyon Fərrux kəndini erməni işğalından tam azad etsə də, yüksəklik ermənilərdə qalıb. Bu baxımdan Fərrux kəndi və böyük bir coğrafi ərazini əhatə edən yüksəkliyin azad olunması çox böyük uğurdur. Hazırda Azərbaycan Ordusunun nəzarəti altında olan bu ərazi Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Fərrux yüksəkliyində yerləşməklə ordumuz Əsgəran, Xanabad, Xocalı, Xankəndinə də strateji cəhətdən tam nəzarət etmiş olacaq. Həmçinin, buradan Xankəndi-Ağdərə yolunu da tamamilə izləmək mümkündür".
Aydın Hüseynov Fərrux dağı ilə bağlı Rusiya XİN və MN-nin təxrinatlarına da münasibət bildirib:
"Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Həmçinin, Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı Fərruxdur. Ona görə də, belə bir yanlış açıqlama verən Rusiya Federasiyasının Müdafiə Nazirliyi beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı nümayiş etdirdiyi hörmətsizliyin və məsuliyyətsiz bəyanatın siyasi mənasını başa düşməli, 22 fevral 2022-ci il tarixində iki ölkənin prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndindəki maddəni nəzərə almalıdır. Həmin sənəddə də qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Cənab Prezident bir daha müdrik istedadı və qətiyyəti ilə nəyin nə zaman, necə nizamlanmalı olduğunu təsdiqlədi. Bu, bir daha "Dəmir Məntiq"in və "Dəmir Yumruğ"un güc olduğunu göstərir".
AYSEL SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva