Almaniyada "Z" hərfini nümayiş etdirənlər məsuliyyətə cəlb ediləcək
Almaniyada Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək məqsədi ilə "Z" hərfini nümayiş etdirən şəxslər məsuliyyətə cəlb ediləcək.
Sonxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.
"Əlbəttə, "Z" hərfi qadağan deyil, lakin onun individual hallarda istifadəsi Rusiyanın müharibəsini dəstəkləmək anlamına gəlir. Rusiyanın Ukraynadakı müharibəsi kriminal fəaliyyətdir və bunu ictimai şəkildə dəstəkləyən şəxslərin özü məsuliyyətə cəlb edilə bilər", - qurumun mətbuat katibi jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cəlb etdiyi müxtəlif texnikalarının üzərində əks olunmuş "Z" hərfi, eyni zamanda, Rusiyaya dəstək məqsədi ilə keçirilən müxtəlif aksiyalarda istifadə edilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1372 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca
8 noyabrKasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. B
8 noyabrPrezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
8 noyabr