Ceyhun Bayramov: "Üçtərəfli bəyanatlar tam icra olunmalıdır"
Martın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Elm və Siyasət Fondunun Alman Beynəlxalq siyasət və Təhlükəsizlik İnstitunun direktoru Ştefan Mayer və institun elmi tədqiqatçıları ilə dəyirmi masa formatında görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivləri, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə yaranmış yeni reallıqlar, davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin təmin olunması üçün ilk növbədə imzalanmış üçtərəfli bəyanatların tam icra olunmasının vacibliyi vurğulanıb.
Sual cavab formatında davam edən görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva