Yollarda sürət həddi azala bilər? - Vaqif Əsədovdan qəzalarla bağlı AÇIQLAMA
Ölkəmizdə ölümlə nəticələnən yol qəzası sayları artır. Buna səbəb isə, hər kəsin bildiyi kimi, yüksək sürət həddidir. Əsas magistral yollarda sürət həddi saatda maksimum 110 km olsa da, bir çox sürücülər 140-160 km aralığında sürür. Nəticədə isə digər şəxsləri də, sözün əsl mənasında bədbəxt edirlər. Sürət həddinin 110 km deyil, daha az təyin olunması mümkündürmü?
Məsələ ilə bağlı Sonxeber.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlama verib.
O bildirib ki, ümumiyyətlə "Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, avtomagistral yollarda avtomobillərin maksimum sürət həddi saatda 110 km nəzərdə tutulub və sözsüz ki, bu sürətdən 10 km-dən daha artıq hərəkət etmək inzibati xəta tərkibi yaradır:
"Siz də bilirsiniz ki, sürət həddinin aşılmasına görə ölkəmizdə texniki vasitələr tətbiq edilib. Sürət həddini aşanlar bu texniki vasitələrin köməyi ilə aşkarlandıqca inzibati qaydada məsuliyyətə cəlb edilirlər. Bir qədər geniş izah versəm, sürət həddinin aşılmasına görə, 11-20 km, 21-40 km, 41-60 km aralığında olmaqdan asılı olaraq fərqli məbləğdə, 61 km-dən artıq olan zaman isə daha böyük cərimələr nəzərdə tutulub.
Hər halda, bilərsiniz ki, sürət həddinin aşılmasına görə bir neçə il bundan əvvəl qeydə alınan yol nəqliyyat hadisələri təxmini 50 faiz təşkil edirdisə, indi bu rəqəm 27-28 faizə ədər azalıb. Bu nə deməkdir? Deməli, avtomatik olaraq sürət həddinin aşılması ilə bağlı inzibati tənbeh tədbirlərinin seçilməsi sürət həddinin aşılması ilə bağlı hadisələri birdən-birə bu həddə endirib. Bu artıq o deməkdir ki, nəqliyyat vasitəsini idarə edənlər sürət həddinin aşılmasının nə dərəcədə təhlükəli olduğunu çox gözəl bilirlər.
Bəli, təəssüflər olsun ki, bu gün istər bütün ölkədə, istərsə də Bakı üzrə qeydə alınan yol qəza hadisələrində sürət həddinin aşılması ilə bağlı hadisələr baş verir, nəticələri də ürək ağrıdandır.
Yeri gəlmişkən, fürsətdən istifadə edib, bir daha avtomobili yüksək sürətlə idarəetmə həvəsi olanlara müraciət edirik ki, özünüzü və başqalarını qorumaq üçün yol hərəkəti ilə bağlı təhlükəsizliyimizin təmin edilməsinə çalışın".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva