Şuşa öz köhnə ruhuna qayıdıb - MİLLƏT VƏKİLİ DANIŞDI
"Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra möhtərəm Prezidentin xalqa etdiyi müraciətlərin birində "Şuşa sən azadsan! Biz səni dirçəldəcəyik!" fikirləri, sonrakı dövrdə isə bu ilin "Şuşa ili" elan olunması Azərbaycan tarixində ən yadda qalan hadisələrdən biri oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib.
Onun sözlərinə görə, biz nəzərə alsaq ki, bu il Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoymasından 270 ill ötür, Şuşa Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunması mühim tarixi rol oynayır. Eyni zamanda bütün bu tədbirlər sayəsində Şuşa şəhəri öz köhnə ruhuna qayıdıb. Bu il çərçivəsində "Xarıbülbül" festivalının, "Vaqif poeziya günləri"nin keçirilməsi də mühim rol oynayır. Eyni zamanda BMT ilə yaradılmış diplomatik münasibətlərin 30 illiyi ilə də bağlı tədbir keçirilib. Burada BMT-nin bayrağı qaldırılıb. Bütün bunlar Azərbaycan dövlətinin "Şuşa ili" ilə bağlıdır. Eyni zamanda bu il həm də Qarabağın, Şuşanın quruculuq proseslərində yadda qalan illərdən olacaq. Çünki cənab Ptrezidentin çıxışlarından da məlum olur ki, bu il məcburi köçkünlər 30 ildən sonra öz doğma torpaqlarına qayıdacaqlar.
Digər bir tətəfdən bu ilin "Şuşa ili" elan etməklə Şuşanı qurub, yaratmaqla həm də dünyaya sanki bir mesaj veririk. Şuşa tarixi sahiblərində olduqda inkişaf etdirilir, yenidən qururulur. Erməni barbarları bu şəhərdə daşı-daş üstünə qoymayıblar, buranı bütünlüklə darmadağın ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi Şuşanı azərbaycanlılarsız şəhər etmək istəsələr də, buna heç cürə nail ola bilməyiblər. Bu nöqteyi nəzərədən bu il hesab edirəm ki, həm tarixi, həm mədəni, siyasi nöqteyi-nəzərdən ən gözəl səhifələrindən biridir. Düşünürəm ki, keçirilən bütün tədbirlər Şuşanın inkişafında böyük rol oynayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva