Azərbaycanda Rusiya telekanallarına və "Sputnik Azərbaycan"a "stop" qoyulmalıdır? - TƏHLİL
Rusiyanın Azərbaycanın informasiya resurslarının yayımladığı xəbərlərə qarşısında dözümsüzlük nümayiş etdirməsindən sonra Kremlə bir neçə söz ünvanlamağa əşhədü-ehtiyac yaranır.
Dünya Ukrayna müharibəsinin yaratdığı ağrılı mənzərə fonunda Rusiyaya qarşı tuşlanan ağır informasiya artilleriyası şəbəkəsinə qoşularaq Moskvanı beynəlxalq informasiya platformasında sıxışdırır, onu təcrid edir.
Rusiyanın bir neçə saytı, telekanalı bloklanır, haqlı qərardır, yəni səbəblərdən asılı olmayaraq verilən qərarlar nəticə etibarı ilə Kremlin təbliğat dilini kəsir.
Ağır sanksiyalar tətbiq edilir, Rusiyada iqtisadi mənzərə korlanır, bunun paralelində isə Qərb Moskvanı daha sərt cəzalar gözlədiyini bəyan edir.
Belə bir məqamda isə nə Azərbaycan, nə də Türkiyə Rusiya ilə münasibətlərin xarakterinə neqativ məzmun yükləmək cəhdlərinə girişmir, ancaq Ukraynanın ərazi bütövlüyünə də dəstək nümayiş etdirir, qısası müharibənin tərəfinə çevrilmədən Kiyevlə də, Moskva ilə də münasibətlərini qoruyub saxlayır.
Bu azmış kimi, Azərbaycan da, Türkiyə də Ukraynaya humanitar yardım göndərir, Ukrayna Prezidenti Volodimir Zelenski buna görə təşəkkürü təşəkkürə calayan bəyanatlar verir.
Ancaq Rusiya xoflu davranır, özünü dahi ingilis yazıçı Corc Oruellin "1984" romanındakı amansız repressiya aparatını təcəssüm etdirən dövlət kimi aparır. Hətta özünə qarşı olmayan addımlardan da dərin narahatlıq keçirir və Azərbaycanı da narahatlıq gətirən siyahıya salır.
Azərbaycan dövlətinin siyasəti bərabərtərəfli münasibətlər sisteminə əsaslanır və balanslı qamət Bakının strateji xəttinin qayəsidir.
Bəs Rusiyanın ruhuna hansı səbəbdən qorxu düşüb və Azərbaycana qarşı deputatın dili ilə hədyanlıqla dolu təhdidə imkan verir? O deputatın adını belə çəkmək istəmirəm, o da bəllidir ki, Rusiya demokratik ölkə olmadığından həmin deputatın Azərbaycana hədə yağdırması fikir plüralizmi kontekstində dəyərləndirilə bilməz. Bu, həmin zamana təsadüf edir ki, Rusiya Azərbaycana məxsus bir neçə sayta girişi öz ərazisində bloklayır, ardınca isə belə təhdidlər səslənir.
Rusiya özünü çətin seçim qarşısına qoyur, çünki Azərbaycan da analoji addımlara gedib öz ərazisində Rusiya saytlarının, telekanallarının girişinə "stop" qoya bilər. Moskva bundan razı qalmaz, amma bu halın yaranması onun öz qərəzli iradəsindən doğan reaksiyalara qarşı cavab tədbiridir.
İndi Azərbaycan da öz ərazisində Rusiyanın təbliğatını aparan kanalların yayımını dayandırsa, necə olacaq?
Onu da nəzərə alaq ki, Rusiyanın Bakıda "Sputnik Azərbaycan" redaksiyası da fəaliyyət göstərir, yəni Rusiyanın təbliğatını aparan, ara-sıra erməni maraqlarını önə çəkən bir agentliyin Azərbaycan redaksiyası.
Moskva ictimai-siyasi üfüqlərində Azərbaycana qarşı qeyri-adekvat davrandıqca "Sputnik Azərbaycan"dan tutmuş Rusiya telekanallarına qədər – hamısının Azərbaycanda "qara siyahı"ya salınması da aktuallığını itirməyəcək./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva