Azərbaycan Ordusunun artilleriya bölmələrində atəş tapşırıqları icra olundu - VİDEO
Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.
Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.
Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1049 Tarix: 29 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artistindən iddia: "Səfər zamanı qonorarlarımızı vermədilər"
Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb. Axşam.az-ın məlumatına görə, opera ifaçısı teatr kollektivinin Omana səfəri zamanı yaşananlarla bağlı qalmaqallı paylaşım edib. O bildirib ki, səfər zamanı aktyorlara qonora
7 aprel"Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim" - Video
Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb. "Qafqazinfo"nun məlumatına görə, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub. "Mətbəxd
7 aprelXocavəndə daha 33 ailə yola salınıb
Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb. "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür. Qeyd edək ki, bu köç də daxil olmaqla, Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edili
7 aprelBakcell ilə ingilis dilini "Singit" tətbiqində öyrən
İnnovasiya lideri Bakcell abunəçiləri üçün "Singit" xidmətinə çıxış imkanı yaradır. Xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir. "Singit" tətbiqi istifadəçilər
7 aprelİtkin düşən kişinin meyiti qayalıqda tapıldı
Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb. Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciə
7 aprel