"Fərrux kəndinin tam bizim nəzarətimizə keçməsi Ali Baş Komandanın hərbi-siyasi gücünü bir daha sübut etdi"
"Müzəffər Azərbaycan ordusu tarix yazmağa davam edir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan hər zaman bütün razılaşma və müqavilələrə, eləcə də 10 noyabr bəyanatına hörmətlə yanaşıb, amma bu sözləri Ermənistan üçün demək mümkün deyil:
"44 günlük Vətən müharibəsinə qədər də Ermənistan müxtəlif təxribatlara əl atır, dinc sakinləri hədəf alırdı. Təəssüflər olsun ki, illər boyu beynəlxalq ictimaiyyət də bu təxribatlara göz yumur, status-kvonun qorunub saxlanılmasında Ermənistana dəstək olurdu. Lakin Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusu Ermənistanın bu arzusunu ürəkdə qoyaraq 44 gün davam edən Vətən müharibəsində işğala son qoydu, illərlə bərpa olunmayan ədaləti, ərazi bütövlüyümüzü öz gücünə bərpa etdi. Mərdliyi ilə dillərdə dastan olan oğullarımız döyüş meydanında düşmənə dərs verərək bugünkü Azərbaycan dövlətinin gücünü nəyinki Ermənistana, bütün dünyaya göstərdi".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə və post-münaqişə dövründə Fərrux kəndinin tam bizim nəzarətimizə keçməsi bir daha Ali Baş Komandan İlham Əliyevin nəyi, nə zaman və necə edəcəyini yaxşı bildiyini sübut etdi:
"Cənab prezident İlham Əliyevin, dövlət başçısı seçildiyi gündən bu günə kimi ordu quruculuğu və eləcə də digər sahələrdə apardığı siyasət bugünkü qələbəyə hesablanıb. Xocalının Fərrux kəndinin də post-münaqişə dövründə tam bizim nəzarətimizə keçməsi Ali Baş Komandanın hərbi-siyasi gücünü bir daha sübut etdi. Əminəm ki, bundan sonra da Azərbaycanın Müzəffər ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmağa davam edəcək. Bizə bu möhtşəm qələbə sevincini yaşadan Ali Baş Komandana və Şanlı Azərbaycan Ordusunun mərd oğullarına təşəkkür edirəm!"
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva