Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏ

Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏTexnologiya əsri artıq yeni bir sahəni günümüzdə aktuallaşdırdı. Paralel olaraq dünyada COVID-19 virusu geniş yayılandan sonra iş yerləri, təhsil müəssisələri distant formada işləməyə başladı. Bu zaman isə onların, İnformasiya Texnologiyaları (İT) mütəxəssislərinin işinin nə qədər vacib və əhəmiyyətli olduğunu, onlara bu gün nə qədər çox ehtiyacımızın və tələbatımızın olduğunu gördük.

Oxu.Az-ın bugünkü müsahibi İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Rəşad Zeyvəliyevdir.

Müsahibimiz deyir ki, artıq müasir dövrdə bu sahənin bütün dərinliklərini hansısa bir kursdan keçmədən, məktəb oxumadan belə internet üzərindən öyrənmək və peşəkar mütəxəssis olmaq mümkündür.

- Siz İT mütəxəssisi olmaq üçün təhsil almısınız, yoxsa sizi marağınız bu sahəyə gətirib?

- Bu sahəyə marağım olduğu üçün meyil etmişəm. Təhsil aldığım sahə tam başqa olsa da, mən sırf İT (İnformasiya Texnologiyaları) mütəxəssisi kimi artıq 12-ci ildir fəaliyyət göstərirəm. 3 ilə yaxındır ki, informasiya təhlükəsizliyi sahəsi ilə maraqlanıram.

Bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, bu sahəni mən müəllimsiz mənimsəmişəm. Köməyimə isə internet resursları gəlib. "YouTube"da olan izahedici videolar, "Google" axtarış sistemində olan dolğun məlumatları oxuyaraq, araşdıraraq öyrənmişəm.
Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏ- Bir çoxları sizi 44 günlük müharibə dövründən xatırlayır. Həmin dövrdə siz də informasiya cəbhəsində mübarizə aparırdınız. Necə başladı bu mübarizə?

- İnformasiya təhlükəsizliyi sahəsində ilk fəaliyyətim 44 günlük Vətən müharibəsi başlamamışdan öncəyə təsadüf edir və mən Ermənistanın paytaxtı olan İrəvan şəhərinin Beynəlxalq Hava Limanının sistemlərində olan boşluqdan istifadə edərək orada Azərbaycan himnini səsləndirdim. Bu, çox maraqla və alqışla qarşılandı. Sonra müharibə dövründə davamlı olaraq bu kimi fəaliyyətlərimi artırdım. Ordumuz ön cəbhədə döyüşərkən mən də informasiya cəbhəsində əlimdən gələni etməyə çalışdım.

Gördüyüm işdən zövq alırdım. Yerli auditoriya məni çox dəstəkləyirdi. Qarşı tərəfdən isə təhdidlər, hədə-qorxu dolu mesajlar alırdım. Sosial şəbəkə hesablarıma hücumlar edirdilər, amma təbii ki, heç nəyə nail ola bilmirdilər. Erməni müştərilərin bankda olan məlumatlarını, internet provayderlərini ələ keçirmişdim, icra hakimiyyətlərinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin bazalarından vətəndaşlar barədə məlumatları əldə etmişdim və bunları hamıya açıq şəkildə paylaşmışdım. Daxili İşlər Nazirliyinin saytından 600 minə yaxın vətəndaşın məxfi sayılan məlumatını ələ keçirtmişdim. Erməni hərbçilər barədə məxfi sayılan sənədləri, məlumatları əldə edib paylaşırdım. Mən bunu etdikcə ermənilərin dövlətlərinə inamı, güvəni sarsılırdı, onlarda ciddi ruh düşkünlüyü yaranırdı. Məsələn, koronovirus xəstələri haqqında məlumatlar bildiyimiz kimi məxfi saxlanılır. Mən ölkədə nə qədər aktiv koronovirus xəstəsi var, nə qədəri ölüb, nə qədəri sağalıb və s. bütün məlumat bazasını ələ keçirmişdim.

Əslində bu haradasa onlar üçün də yaxşı oldu. Sistemlərindəki boşluqları, zəiflikləri görmüş oldular və ikili qoruma sistemi tətbiq etdilər, o boşluqları sonradan doldurdular. Daxil olub məlumat əldə etdiyim saytlara sonradan daxil olurdum ki, boşluğu doldurublar, artıq daxil olmaq mümkün deyil.
Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏ- Siz həm də Ermənistanda yerləşən kameralara girmək imkanı da əldə etmişdiniz.

- Gümrünün İcra Hakimiyyətinin saytına da daxil olmuşdum, orada yaşayan vətəndaşların gizli saxlanılan məlumatlarını da ələ keçirtmişdim. Eyni zamanda kamera görüntülərinə də daxil olmaq imkanı əldə etmişdim.

Daxil olduğum, izlədiyim kameraların görüntülərini paylaşırdım həmin vaxt. Bəzən kameralar vasitəsilə də Azərbaycan musiqilərini, himnimizi səsləndirirdim Ermənistanın müxtəlif şəhərlərində. Bu yerli auditoriyada birmənalı qarşılanmırdı. Deyirdilər ki, kamera vasitəsilə səs yayımlamaq mümkün deyil. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Azərbaycanda nəzarət-təhlükəsizlik kameralarının səs dinləmək funksiyaları olsa belə səsi dinləmək qanunla qadağandır. Həmin səs dinləmək funksiyası olan kameraların daxilində səsgücləndirici detal var və o detal vasitəsilə mən müxtəlif musiqilər səsləndirə bilirdim.

Bəzən məni qınayırdılar. Deyirdilər ki, həmin kameralarda sistem parolları standart olur (kod: Admin, admin). Burada qeyri-adi heç nə yoxdur. Bu iradların bir qismi haqlıdır, şəxsi istifadə üçün satılan kameraların sisteminə daxil olmaq üçün kodlar standart olur. Amma onların dövlət qurumlarının kameralarında standart parolların olduğunu düşünmək təbii ki, düzgün deyil. Dövlət qurumunun parolları və sistemləri fərqli olur, eyni zamanda təhlükəsizlik qaydalarına ciddi əməl edilir. Lakin buna baxmayaraq, mən o sistemlərə daxil olmağı da bacarırdım və izləmə aparırdım.

- Xankəndidəki kameraları da izləmək mümkündürmü?

- Eyni zamanda hazırda Xankəndidə məskunlaşan ermənilərin və orada fəaliyyət göstərən separatçı rejimin də fəaliyyətini, onların görüntülərini izləmək mümkündür. Mümkün olmayan heç nə yoxdur, sadəcə olaraq müharibədən sonra, xüsusilə son dönəmlər işlərin çoxluğu ilə əlaqədar bu işlərlə məşğul ola bilmirəm. Amma müharibə dönəmində hər birini izləyirdim.

- Siz bu işləri görüb paylaşandan sonra sizə nə kimi təkliflər gəldi?

- Mən bütün bunları paylaşandan sonra müxtəlif təkliflər aldım. Bizim cəmiyyət İT mütəxəssisinə hər şeyə, bütün sistemlərə müdaxilə etməyi bacaran biri kimi baxır. Mən təhlükəsizlik üzrə mütəxəssis və haker deyiləm. Sadəcə həvəskar olaraq bu işləri görmüşəm.

Ən çox təklif edirdilər ki, filankəsi izləmək lazımdır, qohumumu itirmişəm onu necə tapa bilərəm, filankəs məndən pul alıb, amma qaytarmır, onu necə izləyə bilərəm? Anlamırlar ki, bəzi şeylər mümkün deyil, mümkündürsə də mən bunu bacarmıram.

Erməni auditoriyası az öncə qeyd etdiyim kimi, məni təhdid edirdi. Deyirdilər ki, Qarabağ necə ki, bizdədir, Bakını da tutacağıq, səni də tapacağıq. Gəncədəyik, gəlirik. Hətta müharibə vaxtı məni öldürdüklərinə dair xəbər də yayımlamışdılar. Erməni saytları başıma pul da qoymuşdu. Xəbərlər dərc edirdilər ki, Rəşad İbrahimovun başına 1 milyon pul qoymuşuq. Əlləri heç nəyə çatmırdı, əvəzində mənim sosial şəbəkə hesablarıma şikayət edirdilər.
Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏ- Bu yaxında məşhur haker qrupu olan "Anonymous" Rusiya prezidenti ilə bağlı açıqlama yaydı. Məlumatda Putinə xitab edilirdi ki, biz hər yerdəyik, sənin mətbəxindəyik, hətta sənin yataq otağındayıq. Sizcə bu texniki cəhətdən mümkündürmü?

- Əlbəttə mümkündür. Texnologiyada mümkünsüz heç nə yoxdur. Lakin mən inanmıram ki, prezidentin yataq otağında kameralar olsun və həmin kameralar internetə qoşulu vəziyyətdə olsun. Həmçinin də nəzarət zəif təşkil edilsin. Düşünürəm ki, bu sadəcə psixoloji basqı və təzyiq metodudur.

- Azərbaycanda İT sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Düzdür, artıq bir çox saytlar mobil tətbiq versiyasına keçiblər. Kodlaşdırmada hansısa səhv olsa belə mobil tətbiq bu kimi boşluqların olmasına imkan vermir. Artıq kodlaşdırılmada yol verilən boşluq o sayta müdaxilə imkanları yaradır. İndi ən çox boşluq saytlarda yox, server strukturu sahəsindədir. O da daha çox kiçik həcmli şirkətlərdə olur. Son vaxtlar İT mütəxəssisinə normal maaş, əməkhaqqı verə bilirlər. Əvvəl İT mütəxəssisinə "kompüterşik" kimi baxırdılar. Normal maaş olmadığına görə, mütəxəssis də normal bir sistem qura bilmir.
Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏ- Bu sahədə Azərbaycanda mütəxəssislər varmı? Bu istiqamət üzrə kadrların yetişdirilməsi sizi qane edirmi?

- Bu mənim ən yaralı yerimdir. Deməli İT mütəxəssisləri beynəlxalq dərəcəli sertifikat almaq üçün xüsusi imtahandan keçməlidirlər. Artıq müasir dövrdə, texnologiya əsrində yaşadığımız üçün hindistanlı mütəxəssislər ucuz qiymətə (təxminən 500 dollar) bu sertifikatların alınması metodunu təklif edir. Deməli siz onlayn qaydada imtahan verirsiniz. Kamera qarşısında əyləşirsiniz. Hindistanlı mütəxəssis sizin kompüterinizə xüsusi proqram yükləyir. Siz kamera qarşısında olsanız da həmin o hindistanlı mütəxəssis sizin əvəzinizə imtahan verir və 24 saat sonra siz həmin beynəlxalq dərəcəli sertifikatı alırsınız. Bu yalnız özünü aldatmaq deməkdir. O sertifikatı aldıqdan sonra iş görüşməsinə gedirsiniz və sizə bir şirkətin onurğa sütunu - serverləri həvalə edilir. O zaman da problemlər başlayır. Artıq nisbətən inkişaf var. Bəzən iş görüşmələrini HR (kadrlar şöbəsi) əməkdaşları deyil, İT mütəxəssisləri həyata keçirirlər. Sizə bu sahəyə aid bir neçə sual verirlər və biliyinizi yoxlayırlar. O zaman məlum olur ki, sertifikatı siz yox, hindistanlı mütəxəssis alıb.
Başına 1 milyon pul qoyulan azərbaycanlı: "Xankəndidə separatçı rejimin fəaliyyətini izləyirdim" - MÜSAHİBƏ- Pandemiya bu sahəyə necə təsir etdi?

- Pandemiyadan sonra bu sahəyə tələbat artdı. Deyərdim ki, bizim sahə elə bir sahədir ki, pandemiya bizim sahəyə olduqca müsbət təsir etdi. Artıq bütün sahələr onlayn olduğuna görə, bizim işimizə də qiymət verilməyə başlandı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3695   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr