Çoxmənzilli binaların problemləri bu yolla həll oluna bilər - AÇIQLAMA - ÖZƏL
Günümüzdə çoxmənzilli binaların idarə edilməsində bir sıra problemlər var. MTK-larla bağlı narazılıqlar, binaların yeni idarəetmə formaları, qiymət haqlarının formalaşma mexanizmləri kimi məsələləri nümunə göstərə bilərik. Uzun illər keçməsinə baxmayaraq, mənzil mülkiyyətçilərinin yaşadıqları çoxmənzilli binalarda idarəetmənin təşkili ilə bağlı məsələlər hələ də həllini tapmayıb. Binalarda idarəetmənin düzgün təşkil olunmaması nəticədə istismar xərclərinin artmasına, sakinlər arasında qeyri-müəyyənliyə və bu kimi digər arzuolunmaz hallara gətirib çıxarır. Bəs görəsən, illərdir həll olunmayan və bir çox problemlərə yol açan bu məsələ nə zaman aradan qaldırılacaq?
Mövzu ilə bağlı Sonxeber.az hüquqşünas Arif Nəzərovdan münasibət öyrənib.
O bildirib ki, 1 oktyabr 2009-cu ildən qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi üsulları konkret olaraq təsbit edilib:
"Belə ki, Məcəllənin 141-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın bilavasitə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (və ya ixtisaslaşmış istehlak kooperativi), yaxud idarəedici təşkilat tərəfindən idarə edilməsi üsullarından birini seçməyə borcludurlar. Bununla əlaqədar, sözügedən Məcəllənin 43-cü maddəsinə uyğun olaraq, idarəetmə üsulunun seçilməsi binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilib.
Həmçinin, qanunvericiliyin tələblərinə görə, ümumi yığıncaq sahə mülkiyyətçilərindən birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bütün səslərin 50%-dən çoxuna malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli hesab olunur".
Son bir neçə il ərzində çoxmənzilli binaların sakinlərinin təşəbbüsü ilə yeni idarəetmə üsullarının, ələlxüsus mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması istiqamətində təşəbbüslər olub və nəticə etibarilə, ölkənin ayrı-ayrı regionlarında 200-dən çox cəmiyyətlərin yaradılmasına nail olunub. Sözsüz ki, qeyd olunan rəqəm çox kiçik göstəricidir. Bəs binalarda yeni idaretmə üsullarına keçidin kütləviliyinin təmin edilməsi üçün hansı addımlar atılmalıdır?
Bu məsələni şərh edən hüquqşünas, ilk növbədə, sahə mülkiyyətçilərinin hüquqi maarifləndirilməsinin vacib olduğunu vurğulayıb:
"Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin qeydiyyatı prosedurlarının sadələşdirilməsinə, eyni zamanda çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi prosesinin yekunlaşdırılması üçün bu istiqamətdə bütün nüansları özündə ehtiva edən tədbirlər planının hazırlanması və həyata keçirilməsinə ciddi ehtiyac var. 2019-cu ildən sonra mənzil münasibətləri sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi ilə məşğul olan qurumun olmaması binalarda yeni idarəetmə üsullarının tətbiqinin genişləndirliməsində ciddi çətinliklər yaradır".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva