Prezident FƏRMAN İMZALADI

Prezident FƏRMAN İMZALADIPrezident İlham Əliyev "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nda və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sonxeber.az xəbər verir ki, sənədə əsasən, "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"na aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

"3.1.4-1. ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;".

"Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilib:

"3.1.3-1. "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı" altsistemi;";

"3.2.3-1. "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı" altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi;";

2.2. 5.1.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.26-cı yarımbənd əlavə edilib:

"5.1.26. ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;

2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;

3. VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;

4. əlaqə nömrələri;

5. elektron poçt ünvanı;

6. bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar).";

2.3. 7.1.6-cı yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.7-ci və 7.1.8-ci yarımbəndlər əlavə edilsin:

"7.1.7. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək;

4. satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;

5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək;

7.1.8. satınalan təşkilatlar:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək;

4. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;

5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək.".

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 6623   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş

24 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

2 noyabr
.

Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min ton tomat ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyo

26 oktyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31 oktyabr
.

Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 49,9 %-i və yaxud 12 milyard 643 milyon manatı sosialyönlü xərclər olub. Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və yaxud 14,

29 oktyabr