Azərbaycan Gürcüstana üç əsas dost ölkədən biridir

Azərbaycan Gürcüstana üç əsas dost ölkədən biridirGürcüstanda rəyi soruşulanlar ABŞ, Ukrayna və Azərbaycanı ölkənin hazırkı üç əsas dostu hesab edirlər.

"Report"un yerli bürosu xəbər verir ki, bu, "Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan" (CRRC) təşkilatının "Qafqaz barometri" adlanan sorğusunun nəticələrindən məlum olub.

Respondentlərin 28 %-i ABŞ, 17 %-i Ukrayna, 8 %-i isə Azərbaycanı Gürcüstanın əsas dostu adlandırıb. Türkiyəni Gürcüstanın əsas dostu hesab edənlərin göstəricisi 4 % təşkil edib. Rusiya və Ermənistanla bağlı faiz göstəricisi isə müvafiq olaraq 3 % və 2 %-dir.

2015, 2017 və 2019-cu illərdə aparılmış eyni sorğunun nəticələri ilə müqayisədə Azərbaycanı Gürcüstanın əsas dostu hesab edənlərin göstəricisi 1 % artıb.

Sorğuda iştirak edənlər "Gürcüstanın inkişafı üçün hansı ölkəni nümunəvi hesab edirsiniz?" sualını da cavablandırıblar. İlk üçlükdə ABŞ (25 %), Almaniya (20 %) və İsrail (5 %) yer alıb. Respondentlərin 2 %-i Azərbaycanı, 3 %-i isə Türkiyəni nümunəvi ölkə kimi göstərib.

Qeyd edək ki, sorğu 2021-ci il dekabrın 17-dən 2022-ci il yanvarın 31-dək işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 1 540 respondent arasında aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1215   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şuşanın azad olunması nadir hərbi əməliyyat kimi tarixə düşdü" - millət vəkili Könül Nurullayeva

"2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı. 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olundu. Şuşa əməliyyatını hərb tarixində unikal edən əsas amillərdən biri onun olduqca mürəkkə

8 noyabr
.

"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan, milli yaddaşımıza əbədi həkk edilən möhtəşəm Qələbənin təntənəsidir. Bu tarix xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu, milli qürurumuzun v

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edib. xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycan xalqını və Silahlı Qüvvələri Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olmu

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı v

8 noyabr
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov

"Qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəkdir. Cənab Prezident İlham Əliyev demişdi ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəliyi ilə görənləri heyran edir. İşğaldan azad edilmiş ərazilərd

8 noyabr