Ermənistanın "Su-30" oyunu: Rusiyaya verilən təyyarələri əvəz etmək üçün Suriyadan qırıcılar gətirilib - VİDEO
Ermənistanın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya göndərdiyi döyüş təyyarələri və pilotları beynəlxalq mətbuatda əks-səda doğurublar. Rusiyaya hərbi dəstək ortaya çıxandan sonra İrəvan bu təyyarələrin əvəzinə Suriyadan təyyarələr gətirib.
Bu barədə "Haber Global" xəbər yayıb.
Saytın məlumatına görə, "Su-30" tipli dörd döyüş təyyarəsi Ermənistan ordusunda qeydiyyatda olan pilotlarla birlikdə martın 25-də Ukraynada hərbi əməliyyatlar üçün Rusiyaya göndərilib.
Bildirilir ki, Ukraynada istifadəyə göndərilən təyyarələrlə bağlı kəşfiyyat məlumatlarının sızması Ermənistanla Rusiya arasında diplomatik gərginliyə səbəb olub.
Ermənistan artıq hərbi məlumatların sızması ilə bağlı araşdırmalara başlayıb.
O da məlum olub ki, Ermənistandan Rusiyaya göndərilən reaktiv təyyarələri əvəz etmək üçün Suriyadan İrəvana "Su-30" tipli dörd döyüş təyyarəsi göndərilib. Bunun Ermənistanın mümkün sanksiyalara qarşı atdığı addım olduğu düşünülür. Çünki Ermənistanın Ukrayna məsələsində Rusiyaya hərbi dəstəyi İrəvanı sanksiyaların hədəfinə çevirə bilər.
Xatırladaq ki, Ermənistan Yaxın Şərqdən Ukraynaya əsgərlərin göndərilməsində də Rusiyaya yardım edib. Belə ki, suriyalı muzdlu döyüşçülər Erebuni aviabazasında yığılaraq oradan Şimali Osetiyadakı Mozdok şəhərinə yola düşür, daha sonra rusiyalı əsgərlərlə birlikdə Ukraynaya göndərilirlər.
İlk dəfə "Haber Global"da dərc olunan bu xəbərdən iki həftə sonra Rusiya Yaxın Şərqdən Ukraynaya əsgər göndərəcəyini açıqladı.
Digər tərəfdən, o da məlumdur ki, Rusiya öz qoşunlarını hərbi texnika ilə Ermənistan üzərindən təchiz edir.
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin bir hissəsi də çıxarılaraq Ukraynaya göndərilib.
Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkiliblər. Oradan da hərbi nəqliyyat təyyarəsi ilə Rusiyaya yollanıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1226 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26 oktyabrİordaniyada pravoslav kilsəsinə hücumla bağlı üç şübhəli həbs edilib
"Əl-Məmləka" televiziyasının verdiyi məlumata görə, İordaniya Karak bölgəsindəki Əl-Hamuda Pravoslav Kilsəsinə edilən hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri həbs edib. xəbər verir ki, nəşr bildirir ki, "Təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində ixtisaslaşmış istinta
26 oktyabrHSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb
Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk
27 oktyabrİsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrTramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik
28 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabr