"Delyagin yerinə oturduldu" - Deputat

"Delyagin yerinə oturduldu" - Deputat"Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin sərsəmləmələrini həm bu ölkə Prezidentinin sözçüsü, həm də Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsi ilə Xarici İşlər Nazirliyi pisləyərək rədd etdilər. Üzr videosundan da gördüyümüz kimi, Delyagin yerinə oturduldu".

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Rusiya tərəfinin bu operativ reaksiyası təqdirəlayiq olmaqla müttəfiqlik münasibətimizin ruhuna uyğun davranış kimi yüksək qiymətləndirilməlidir:

"Lakin Mixail Delyaginin çıxışı özlüyündə təcavüzə və terrorçuluğa açıq çağırış, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mahiyyəti daşıdığı üçün, ictimai formada səsləndirildiyi andan cinayət əməli törədilmiş oldu. Bu mənada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2, 214.2.3, 283.2.1 və 283.2.2-ci maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunması hüququn aliliyi adına mühüm addımdır.

Eyni zamanda, nəzərinizə çatdırım ki, ictimai formada yayımlanan bu fikirlər həm də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 və 354-cü maddələri başda olmaqla cinayətlərin məcmusu üzrə cinayət məsuliyyəti yaradır.

Bizim Məcəllənin 12.2-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda bizim Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Əlbəttə, Rusiya tərəfi həmin əməllərə görə vətəndaşını özü cəzalandırmazsa, təbii ki, Delyagin barəsində müvafiq hüquqi prosedurlar həyata keçiriləcək və buna da heç kimin şübhəsi olmasın.

Eyni zamanda, baş verənlər Rusiya Azərbaycan müttəfiqlik münasibətlərinə kölgə salmamalıdır, çünki Delyaqin Rusiya demək deyil. Rusiya dövlətinin mövqeyini isə dövlət rəsmiləri aydın formada ifadə etdilər".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3550   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021