Ukraynalı estrada ulduzu gülləkeçirməz zirehli gödəkcələrin tikişi ilə məşğul olur - FOTO

Ukraynalı estrada ulduzu gülləkeçirməz zirehli gödəkcələrin tikişi ilə məşğul olur - FOTORusiya ordusunun Ukrayna ərazisində apardığı hərbi əməliyyatlar artıq 36 gündür ki, davam edir.

Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda xüsusən ölkənin şərq və mərkəzi hissəsində yerləşən vilayətlərində intensiv hərbi əməliyyatlar davam edir.

Ukraynanın Vinnitsa şəhərində yaşamış "YUNA-2021" musiqi mükafatının laureatı, estrada müğənnisi və bəstəkar Lidiya Skorubskaya Media.Az-a açıqlamasında Ukrayna ordusunun ehtiyacları üçün gülləkeçirməz zirehli gödəkcələrin tikişi üzrə sexi necə ərsəyə gətirdiklərindən danışıb.

O qeyd edib ki, hələ Vinnitsada olarkən komandası ilə birgə boş oturmamaq və orduya bacardıqları yardımı etmək barədə qərar qəbul ediblər:

"Biz gücümüzü hansı istiqamət üzrə yönəldəcəyimizi düşündük və elə alındı ki, yerli istedadlı uşaqlar - dizayner Dima Çerneqa, fotoqraf Evgeni Çernetski ilə görüşdük və bir-birimizə faydalı ola biləcəyimizə qərar verdik. Artıq o zaman dostlarımız zirehli gödəkcələrin tikişinə başlamışdılar, lakin onların kifayət qədər resursu, yeri, tikiş maşınları və əlavə köməkçiləri yox idi".

Lidiya Skorubskaya qeyd edib ki, onlar sadalanan məsələlərin həllinə nail ola biliblər.

"Əvvəllər istehsalla məşğul olmuş və bizimlə tanışlığı olmayan şəxslər bizə yer, parçalar və lazımi avadanlıqlar təqdim etdilər. Biz hazırladığımız gülləkeçirməz zirehli gödəkcələri cəbhəyə tamamilə pulsuz göndəririk. Biz səhər saatlarından etibarən axşam saat 17:30-a qədər böyük həvəslə çalışırıq ki, ölkəmiz Rusiya Federasiyası ilə bu müharibədə qalib gəlsin və əsgərlərimiz bütün lazımi sursatla təmin olunsun.

Hazırda analar və uşaqlar təhlükəli ərazilərdən təxliyə olunur, ərləri isə cəbhədə qalıb vətənimizi müdafiə edir, çünki başqa cür ola da bilməz. Çox adam könüllü olaraq müharibəyə gedir, mülki müdafiə birliklərinə qoşulur. Bütün bu adamların dəstəyimizə və müdafiəmizə ehtiyacı var. Hazırda Ukraynanın nə qədər milli birlik halında olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz. Müxtəlif ölkələrdən olan insanlar nəqliyyat xidmətləri göstərməkdə, ehtiyacımızın olduğu vəsaiti tapmaqda bizə kömək edirlər. Mən heç vaxt belə birlik hiss etməmişəm. Mən başa düşürəm ki, indi Ukrayna daha heç vaxt əvvəlki kimi olmayacaq. Biz bir-birimizin arxasında dağ kimi dayanacağıq, çünki indi artıq biz, təəssüf ki, müharibənin nə olduğunu bilirik və arzu edirik ki, bir də heç kim bu dəhşətli günləri yaşamasın", – deyə Lidiya Skorubskaya vurğulayıb.
Ukraynalı estrada ulduzu gülləkeçirməz zirehli gödəkcələrin tikişi ilə məşğul olur - FOTOUkraynalı estrada ulduzu gülləkeçirməz zirehli gödəkcələrin tikişi ilə məşğul olur - FOTOUkraynalı estrada ulduzu gülləkeçirməz zirehli gödəkcələrin tikişi ilə məşğul olur - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6070   Tarix: 31 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr