Oruc tutanlar Ramazan ayında necə qidalanmalıdır?
Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimi digər günlərdən fərqlənir. Amma buna baxmayaraq, gündəlik insan orqanizmi üçün lazım olan vitamin, mineral tələbatı ödənməlidir. Buna görə də oruc tutan şəxs Ramazan ayında düzgün qidalanmaya tam riayət etməli və orqanizmin ehtiyacı olduğu qidalara üstünlük verməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-dietoq İlqar Şamilov "Report"a bildirib ki, imsak zamanı hər bir qida qrupundan zülallı, karbohidratlı və yağlı qidaların süfrədə olması mütləqdir.
Onun sözlərinə görə, bu qidalar arasında çərəzlərdən badam, qoz, fındıq da daxildir:
"Çörək seçimində isə buğda unundan hazırlanmış çörək məhsuluna üstünlük verməliyik. Ağartı məhsullarına gəlincə, oruc tutan şəxsin istifadə etdiyi qidalar arasında süd və kəsmik də ola bilər. Həmçinin, tərəvəzlərə də üstünlük vermək lazımdır".
Həkim-dietloq imsak zamanı şirin çay içməyi tövsiyə etmir:
"Bunun əvəzində bitki çayı və yanında porsiyasına diqqət etdiyimiz quru meyvə yemək olar. İmsakın bitməsinə 10-15 dəqiqə qalmış 2-3 fincan su istifadə etmək məsləhətdir ki, gün ərzində orqanizm susuzluq çəkməsin".
İ.Şamilov deyib ki, iftar zamanı orucu ilk öncə ilıq su və ya xurma ilə açmaq məsləhətdir:
"Ardınca az yağlı və ədviyyatsız ilıq şorba içmək, 5-10 dəqiqə fasilədən sonra isə əsas yeməyə keçid etmək olar. Əsas yemək isə çox yağlı, qızarmış və karbohidratlı qidalar olmamalıdır. Ət məhsullarına gəldikdə, qırmızı ət, toyuq və balıq əti, qarnir olaraq isə bulqur, qarabaşaq, az miqdarda düyü və tərəvəzlərdən istifadə etmək olar".
Həkim vurğulayıb ki, iftar zamanı qazlı və şirin içkilərdən istifadə məsləhət deyil:
"Su və ya duzsuz ayran içmək məsləhətdir ki, susuzluq ehtiyacını qarşılasın. İftardan 30-45 dəqiqədən sonra yürüşə çıxmağı məsləhət görürəm. Həmçinin iftardan 1-2 saat öncə idmanla məşğul olmaq daha məqsədəuyğundur. Ardınca şəkərsiz, südsüz qəhvə və ya quru meyvə ilə bitki çayı, mövsümü meyvə yemək olar".
Qeyd edək ki, mübarək Ramazan və orucluq ayı aprelin 2-də başlayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva