"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO

"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTOBizim cəmiyyət uzun illər yüngül həyat tərzi keçirən, amma illər sonra tövbə edən qadının düzgün yola gəlməsinə daha çox inanır, nəinki narkotik asılılığından xilas olan adama. Bizim cəmiyyət ömür boyu rüşvət alıb, onun-bunun evini yıxana daha çox hörmət edir, nəinki bütün iradəsini yığıb birdəfəlik narkotikdən imtina edən insana. Bizim cəmiyyətin bu barədə dediyi ən səmimi söz elə budur, "keçmiş narkoman olmur". Bu gün sizinlə keçmiş narkotik istifadəçisini, bu gün isə insanlara yardım edən, onları narkotik asılılığından xilas edən, daha sonra cəmiyyətə inteqrasiyasını təmin edən Kənan Hacıyevlə tanış edirəm. Cəhənnəmi, həyatın dibini görən Kənan, bu gün öz ruhu, nəfsi üzərində qələbə qazanıb. O, "Həyat Naminə" reabilitasiya mərkəzində narkotikə yox deyən insanlara normal həyata qayıtmaq üçün şans yaradır.

- Kənan, hansı siqnaldan sonra anladınız ki, bitdi, həyatımda daha narkotik olmayacaq?

- Dibi görmüşdüm deyə, həyatımı dəyişmək istəyirdim. Evdə, ailədə problem, küçədə problem, polislə problem var idi. Dostlar-qohumlar məndən qaçırdı. Cəmiyyət qəbul etmirdi. Vaxt var idi ki, mən öz qardaşımın toyuna dostumu dəvət etmədim ki, o narkomandır, vaxt gəldi öz dostlarım məni toya-nişana çağırmadılar ki, narkomansan. Dəfələrlə müalicə almışdım, amma yenə də "srıv" (narkotikə duyulan psixoloji ehtiyac-red.) olurdu. Çünki beyin "get, yenə elə", - deyirdi. Bu daha çox emosional xəstəlikdir, hisslərin asılılığı.

- Neçə il istifadə etmisiniz və neçə ildir "ayıqsınız"?

- Mən doqquz il istifadə etmişəm. 2008-dən 2016-ya kimi. Ən yüngülündən başlayıb, ən ağırına qədər getmişəm. İstifadənin son vaxtlarında artıq yaşamaq istəmirdim. Həyatımı dəyişmək istəyirdim. Çevrilib arxama baxırdım ki, axı mən uşaq vaxtı yaxşı ailədə böyümüşəm, ailəm qaydasındadır, hamı qaydasındadır, bir dənə mən qaydasında deyiləm. Nə narkotiklə, nə də narkotiksiz yaşaya bilmirdim. Çıxış yolu axtarırdım. İki il reabilitasiya mərhələsindən keçdim. Bu gün altı ildir ki, ayığam.

- Haradan ümid yarandı ki, xilas olmaq mümkündür? Axı dəfələrlə tibbi müalicə almışdınız, nəticə isə olmurdu. Həm də deyirlər ki, keçmiş narkoman olmur.

- Keçmiş yox, sağalan narkoman olur. Mən və mənim kimi yüzlərlə insan.

- Yaxşı, 100 nəfərdən neçə faiz qayıdır?

- Müalicə və reabilitasiyadan keçən hər 100 nəfərdən 20-si ayıq qalır. 80 faizin içində yenidən narkotikə qurşananı da olur, öləni də. Mən özüm proqrama gələndən sonra tanıdığım 6-7 nəfərin öldüyünü görmüşəm. Sırf "peredozdan". Çünki gəlir reabilitasiyaya, psixoloji müalicə alır, sonra proqrama əməl eləmir, "srıv" olur. Proqramı keçən adam artıq narkotikdən "kayf" (həzz almaq - red.) tuta bilmir. İstifadə edən kimi daha da pis olur. Peşmançılıq hissi bir tərəfdən, narkotikdən həzz ala bilməmək digər tərəfdən. Və başlayır "doza"nı (istifadə etdiyi narkotik maddənin miqdarı-red.) qaldırmağa. İstifadə etdiyi "doza" ona həzz vermir, emosiya yaşatmır. Sonu da ölüm. Burada hal-hazırda gənc adamlar var, onlar narkotikdən qurtulmaq istəyirlər.

- Neçə aydır buradadırlar?

- Beş ay olan var, üç ay olan var. Reabilitasiyanın ilk mərhələsi altı aydır. Düz altı ay burada olurlar, bayıra çıxmaq qadağandır. Altı aydan sonra ikinci mərhələ gəlir könüllü xidmət mərhələsi. İki gün burada olurlar, iki gün işçilərin yaşadığı ev var, orada olurlar. Bir il ərzində insanlar emosiyalarla yaşamağı öyrənir. Proqramın 12 addımı var. Bunu keçən adam buradan çıxandan sonra da gərək proqramı həyatında tətbiq etsin. Proqram insana bu həyatda "ayıq" yaşamağı öyrədir. Nələri etməlisən ki, təzədən narkotikə qayıtmayasan.

- Kənan, bu gün sizdə istək yaranır, yenidən narkotik istifadə etməyə? Və ya nəsə pis bir hadisə baş versə, bu sizə təkan verəcək yenidən istifadəyə?

- Yenə deyirəm mən dibi görmüşəm. Bir daha ora qayıtmaram. Vaxt var idi mən evdən çıxanda domofondan baxırdım ki, məni güdən var, ya yox? Qorxunun içində yaşayırdım. Bir polis mənə yaxınlaşsaydı görəcəkdi ki, bərbad vəziyyətdəyəm. Gözümə cin-şeytan görünürdü. Ya da güzgüdə özümə baxanda elə bilirdim dodağım partlayıb, qan içindəyəm.

- Bildiyim qədər dibdə olan adamların əksəriyyəti özünə qəsd edir. Bu doğrudur?

- Doğrudur, çünki adam həyatdan həzz ala bilmir. İstifadənin birinci mərhələsi "çəhrayı period" adlanır. Hər şey adama ləzzət edir. Dünya-aləm adamın vecinə olmur. Sonra isə qara dövr başlayır. Narkotiklər adama həzz vermir. "Lomka" (şiddətli bədən ağrıları-red.) başlayır. Narkoman "lomka"da olanda, özünü dünyanın ən bədbəxt addamı hiss edir. Fiziki, mənəvi, psixoloji anlamda.

- Kənan, bəs reabilitasiya mərkəzi yaratmaq haradan ağlınıza gəldi?

- Mən 2016-cı ildə Belarusda reabilitasiya mərkəzinə düşən kimi anladım ki, bu sistemi Azərbaycanda tətbiq edəcəyəm. 2018-ci ildə Bakıya qayıdan kimi bu işlə məşğul olmağa başladım. Bu layihədə mənə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Xalq artisti Emin Ağalarov dəstək oldular. "Həyat naminə" fondunun may ayında, Nardaranda açılışı gözlənilir. Demək olar ki, hər şey hazırdır. Bura oranın filialıdır.

- Niyə düşündünüz ki, bu proqramla narkomanlara kömək etmək olar?

- Birincisi, mən özüm narkoman olduğum üçün məni aldatmaq mümkün deyil. Narkomaniyanın hər üzünü görmüşəm. Mənə yalan danışmaq mümkün deyil. O vaxt, Belarusa reabilitasiyaya getməmişdən bir gün əvvəl qardaşımla oturub uşaqlıq şəkillərimə baxıb ağlayırdım. Anlayırdım ki, hər şeyimi itirmişəm. Ora çatanda mərkəzin direktoru, psixoloqu mənimlə tanış olanda, məlum oldu ki, onlar da bir zamanlar ağır narkotik istifadəçiləri olublar. Bu gün isə ayıqdırlar və başqalarına kömək edirlər. Bu da məndə ümid yaratdı. Bu proqram demək olar ki, bir əsrdir istifadə olunur. Amerikada iki alkoqolik tərəfindən 1935-ci ildə hazırlanıb. 1953-cü ildən isə narkomanların müalicəsi üçün istifadə olunur. Onu da deyim ki, təəssüf ki, son vaxtlar xeyli sayda reabilitasiya mərkəzi açılır. Qeyri-peşəkar münasibət orada müalicə almaq istəyən adamları mübarizədən soyudur. Onların inamını qırır. Onsuz da bura gələn insanlar hər şeylərini itirmiş insanlardır. Bir də onlara belə ziyan vurulursa, bu hadisədən sonra onlar üçün hər şey bitir. Yan otaqda, mərkəzdə hal-hazırda reabilitasiya keçən adamların əksəriyyəti cavan adamlardır.

- Ümumilikdə narkotik maddələrdən asılılıq neçə yaşdan başlanır?

- Deyim ki, narkomaniya çox cavanlaşıb. 15 yaşından başlayan xeyli gənc var. Bu yaxınlarda aldığım məlumata görə Bərdədən 12 yaşında qız artıq narkotik asılılıqdan əziyyət çəkir. 12 yaşında uşaq necə tapır narkotiki? Axı bu dükanda satılan məhsul deyil? Çox asan. "Instagram"da səhifələr satır. Bu sistem Rusiyadan gəlib, "zaklatka" deyirlər. Karta pul atırsan, kuryer gətirib lazım olan yerə qoyur, gizlədir, şəklini çəkib atır. İstifadəçi də gəlib götürür. Polis də əlindən gələni edir, kuryeri tutur, alanı tutur. Amma satanı həbs edə bilmir. Çünki Azərbaycanda deyil. Böyük bir şəbəkədir. Əsasən də İrandan idarə olunur.

- İnsanların beynində olan nədir, hansı problemdir ki, onları narkoman olmağa vadar edir?

- Hər şey ailədən başlayır. Əgər ata daim evdə içkili vəziyyətdə olursa, ana ilə hər gün dava edirsə, təhqirin biri bir qəpikdən olursa, bu, uşaqlarda travma yaradır. Onlar da rahatlığı ya alkoqolda, ya da narkotikdə axtarmağa başlayır. Bir də digər tərəf var. Valideyn uşağa tərbiyə verəndə, qadağa ilə yox, onu başa salmağa çalışmalıdır. Uşağı sıxmaq olmaz. İllərlə valideyn uşağı sıxır. Uşaq bayıra, müstəqil həyata çıxanda boşluğa düşür. Və başlayır səhvlər etməyə. Bura valideynlər gəlir, övladlarını müalicəyə gətirirlər. Çoxu bir ağızdan deyir ki, mənim uşağımı aparıb narkoman elədilər. Sizə bir söz deyim, bu ev vaxtilə ailəmizin bağ evi olub. 1998-ci ildən bizdədir. Mən burada vaxtı ilə narkotikdən istifadə etmişəm. Bu gün burada insanları narkotikdən, ölümdən xilas edirik. Yəni dediyim odur ki, problem ətrafda, insanlarda, məkanda deyil. Problem insanın daxilindədir. Mən daxilimdə olan problemi həll etmişəm. Tutalım adam tam müalicə kursunu keçdi, sağaldı, həm fiziki, həm də psixoloji. Axı cəmiyyət, qohum-əqrəba yenə deyəcək, filankəs narkomandır. Bu adamlar özlərini necə inteqrasiya etsinlər cəmiyyətə? İlk növbədə narkomaniyaya qarşı münasibət dəyişməlidir cəmiyyətdə. Yanaşma dəyişməlidir. Həkimlər düzgün işləməlidirlər. Necə düzgün? Həkimlər öz üzərilərinə düşəni etdikdən sonra, yəni bioloji, fiziki asılılığı aradan qaldırandan sonra, pasiyenti psixoloji kömək almaq üçün reabilitasiya mərkəzlərinə göndərməlidirlər. Çünki əlindən narkotik alınan hər bir pasiyent üçün dünya bitir. O psixoloji olaraq yol keçməlidir ki, bu bəladan canı birdəfəlik qurtarsın. Amma həkimlərin çoxu bunu etmir ki, pasiyent əldən çıxmasın. Mütəmadi olaraq ona geri qayıtsın.

- Bəs fiziki asılılıqdan müalicə almış adam, ən çox nə qədər tab gətirə bilir?

- Baxır adamına. Bir gün də dözən var, üç ay da.

- Bu illər ərzində neçə nəfəri ölümdən xilas etmisiniz?

- Biz yox, Allah. Biz vasitəçiyik. 2018-ci ildən bu günə qədər haradasa, 50 nəfəri sağlam həyata qaytara bilmişik. Onlar ayıq olanlardı. Onların arasında eləsi var ki, bu gün bizim "Həyat naminə" reabilitasiya mərkəzində çalışır. Eləsi var ki, başqa mərkəz açıb. Bu gün mən həyatımın bütün sahələrini qaydaya sala bilmişəm. Özüm öz ayaqlarımın üstündə durmuşam, sevdiyim işlə məşğulam, bu da mənim bir uğurumdur. Bu doqquz ili yaşamasaydım bu gün mən nə özümə, nə də bu uşaqlara kömək edə bilməzdim.

- Yəni doqquz il lazım idi bu cəhənnəmi yaşamağa?

İndi öz həyatıma baxıb, deyirəm ki, kaş olmazdı. Amma bu yaşadıqlarım mənə çox şey verdi. Məqsəd, məqsədə nail olmaq, uğur qazanmağı, qalib olmağı öyrətdi. On milyon adamın qarşısına çıxıb deyə bilirəm ki, mən də keçmişdə narkotik istifadəçisi olmuşam. Amma bundan çıxış yolu var. Xilas yolu var. Buna nümunə mən və mənim komandamdır. Sadəcə çalışmaq lazımdır.
"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO"Gözümə cin-şeytan görünürdü, polis mənə yaxınlaşsaydı..." – Keçmiş narkomanın uğuru - MÜSAHİBƏ + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1468   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 13 % artıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 28,14 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur. Beləliklə

25 aprel
.

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir"

"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernik

26 aprel
.

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi

25 aprel
.

Nazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə -a Elm və Təhsil Nazirliyində

25 aprel
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ukraynalı həmkarı Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

25 aprel
.

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın vəfatının ildönümüdür. Hüquq müdafiə fəaliyyəti daxili güc, səmimi mərhəmət və dəstəyə ehtiyacı olanlarla mənəvi istiliyini bölüşmək hazırlığı tələb edir. Haqsızlığa məruz qalanları müdafiə etmək və çətinliyə düşənlər

25 aprel
.

Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ

Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıql

26 aprel
.

Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy

26 aprel
.

Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofi

25 aprel