Maska qadağasına son? - "Aprelin sonlarında karantindən tam şəkildə çıxa bilərik"
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Yoluxma sayı artıq ikirəqəmliyə düşüb. İnsanlar hesab edirlər ki, ölkədə koronavirusun kökü kəsildiyi üçün bütün məhdudiyyətlər ləğv olunmalıdır. Üstəlik maskadan imtina etməyin artlq vaxtının çatdığı deyilir.
Sonxeber.az bildirir ki, yenisabah.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, insanlar artıq maskada gəzməkdən sıxılıblar:
"2 ildir maskada gəzib-dolaşmaqla çətinlik çəkirlər. Lakin fikrimcə, ən son imtina edəcəyimiz şey maskadır. Karantin rejimi tam qurtarandan sonra maskanı ləğv etmək olar. Bir də peyvənd vurdurmanı qətiyyən ləngitmək olmaz".
Deputatın sözlərinə görə, aprel ayının sonlarında karantin rejimi tam bitə bilər:
"Artıq karantin rejimi yumşalıb. Aprel ayının sonlarında karantindən tam şəkildə çıxa bilərik. Maska isə qalacaq. Məlum olduğu kimi, qapalı məkanlarda maska tələb olunur. Açıq məkanlarda könüllüdür.
Yoluxma sıfıra düşsə, ondan sonra qapalı məkanlarda maska ləğv oluna bilər. İnsanlar tələsməsin. Unutmayaq ki, bizi virusdan qoruyan birinci şey vaksin, ikinci maskadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2660 Tarix: 01 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabr