Fərruxda itkin düşən əsgərin qardaşı: "Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur" - FOTO

Fərruxda itkin düşən əsgərin qardaşı: "Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur" - FOTO"Məsudla birlikdə döyüşən əsgərlərdən heç biri sağ qalmadı. Qayıdıb gələnlərdən qardaşımı nə qədər soruşsaq da, doğru-düzgün məlumat verən olmadı. İtkin kimi illərlə onun yolunu gözlədik, xatirəsini yad edəcəyimiz məzarı belə olmadı".

Bu sözləri Oxu.Az-a Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş 62 nəfər Azərbaycan hərbçisindən biri, 1972-ci il təvəllüdlü Eyvazov Məsud Eynulla oğlunun qardaşı Yadulla Eyvazov deyib.
Fərruxda itkin düşən əsgərin qardaşı: "Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur" - FOTOƏslən Göyçay rayonunun Bığır kəndindən olan Məsud Eyvazov 1991-ci ildə hərbi xidmət üçün Ukraynaya göndərilib.

Qardaşı deyir ki, Məsud səkkiz ay orada xidmət etdikdən sonra geri qayıdıb:

"Ukraynada vəziyyət dəyişdi, qardaşım da ölkəmizə qayıtdı. Səkkiz ay orada xidmət etdikdən sonra, 1992-ci ilin fevralında qayıdıb gəlmişdi. O vaxt atam onu hərbi komissarlığa təhvil verdi ki, qaçmış hesab olunmasın. Onu 1992-ci ilin fevralında apardılar Bakıya təlimlərə. May ayında təlimlər bitdikdən sonra qardaşımı cəbhə bölgəsinə göndərdilər. O və onunla gedən heyəti döyüşə buraxmırdılar".

Məsud Eyvazov "20 Yanvar" batalyonunun tərkibində olub

Qardaşı deyir ki, onların komandiri "Ala Yaqub" ləqəbli hərbçi olub:

"Bir müddət sonra qardaşım və onunla gedən altı nəfər birlikdə döyüşlərə giriblər. Lakin onlara əmr edilib ki, arxada mövqelənsinlər, çox irəli getməsinlər. Amma onlar eşitməyiblər. Özlərinə pis gəlib ki, silah yoldaşları irəlidə şəhid olurlar, onlarsa geridə qalırlar. Onlara tapşırılıb ki, yaralıları, şəhidləri daşısınlar.

Bir leytenant, altı əsgər özləri döyüşə giriblər və həmin döyüşdə də şəhid olublar".

O vaxt telefon əlaqəsi olmadığından Məsud ailəsinə bir neçə dəfə məktub yazmağa fürsət tapa bilib. Amma məzuniyyətə gəlmək qismət olmayıb. Məktubunda isə ailəsinə narahat olmamalarını, hər şeyin yaxşı olacağını yazıb.

Qardaşı deyir ki, ana-atası illərlə Məsudun yolunu gözləyiblər:

"Biz çox soraqladıq, hər gələndən Məsudu soruşduq. Amma gördüm deyən olmadı. Görənlər isə kimlərəsə bənzətdikləri üçün verdikləri məlumatlar düzgün çıxmadı. Təxminən eşitdik ki, onların hamısı bir yerdə itkin düşüb. Onunla döyüşən hərbçilərdən heç biri sağ qayıtmadığı üçün onların hansı şəraitdə itkin düşdükləri bilinmir. İntensiv atəş açılan istiqamətdə olublar. Mən belə başa düşürəm ki, onların mövqelərinə "Qrad" düşüb. Yeddi nəfərin ailələri illərlə bir-birilə əlaqə saxlayırdı ki, kim xəbər alsa, o birinə desin. Amma heç bir xəbər ala bilmədik"

Məsudun xatirəsini yad edəcək məzarı belə yoxdur

Yaşadıqları kənddə 2 saylı kənd orta məktəbinə Məsud Eyvazovun adının verildiyini deyən qardaşı Yadulla Eyvazov bunun onlar üçün təsəlli olduğunu bildirir:
Fərruxda itkin düşən əsgərin qardaşı: "Məsudun xatirəsini yad edəcəyimiz məzarı belə yoxdur" - FOTO"Onun xatirəsini adını məktəbə və küçələrdən birinə verməklə yaşatdılar. Onunla birlikdə bizim kənddən olan Mehman Şirəliyevin də adına küçə verilib. O vaxt yaşlı hərbçilərdən soruşmuşduq, şəklini göstərmişdik. Tanıdıqlarını demişdilər, amma yenə heç bir nəticə əldə edə bilmədik. Artıq uzun müddət keçib, ata evimizdən də uzaqlaşmışıq. Məsudla birlikdə olan əsgərlərin adlarını əzbər deyə bilmirəm.

Mehman Şirəliyevin məzarı var, hər il digər şəhidlərimiz kimi, onu da yad edirik. Amma Məsudun bizdə qalan heç nəyi yoxdur. Nə əşyası, nə geyimi, nə xatirəsini yad edə biləcəyimiz məzarı var. Ancaq bir neçə şəkli qalıb".

Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqlarının aşkarlandığına dair məlumatı oxuyan Yadulla Eyvazov ümidini üzmədiyini deyir:

"Bəlkə də ola bilər, bəlkə də yox. Buna cavab vermək mənim üçün çətindir".

Qeyd edək ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir. 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1440   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr