Şəhriyar Məmmədyarov Qran-pri ilə vidalaşdı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinin III mərhələsinin yarımfinalında tay-breyk görüşləri keçirib.
37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.
İlk görüşdə qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub.
Revanş matçında isə 34-cü gedişdə təslim olan Şəhriyar turnirlə vidalaşıb.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1302 Tarix: 01 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu
Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00
11 sentyabr 2021Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı
Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma
6 sentyabr 2021"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib
Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç
12 sentyabr 2021Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO
"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav
11 sentyabr 2021