Uill Smit Oskar mərasimindəki insidentdən sonra ABŞ Kino Akademiyasını tərk etdi
Hollivud aktyoru Uill Smit Oskar mərasimində aparıcı Kris Roka şillə vurduqdan sonra ABŞ Kino Sənəti və Elmləri Akademiyasını tərk edib. Bu barədə aktyor özü açıqlama verib:
"94-cü mərasimdəki hərəkətlərim sarsıdıcı, ağrılı və bağışlanmaz idi... Mən Kino Sənətləri və Elmləri Akademiyasına üzvlükdən imtina edirəm".
Aktyor hesab edir ki, o, Rokun özünü, ailəsini, eləcə də zalda olanları və bütün dünyadakı tamaşaçıları incidib: "Mən Akademiyanın etibarına xəyanət etdim. Mən digər namizədlərin və qaliblərin əla işlərinə görə qeyd etmək və təbriklər almaq fürsətindən sui-istifadə etdim. Qəlbim qırılıb".
Xatırladaq ki, "Oskar" mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə şillə vurub.
"Oskar"ın prodüseri Uill Paker mərasim zamanı polislərin Uill Smiti həbs etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, polis Smitin hərəkətlərini döyülmə kimi qiymətləndirib və səhnə arxasında aktyorun mümkün həbsini müzakirə edib.
Pok isə hadisədən sonra polisə şikayətdən imtina edib. Smit açıq şəkildə həmkarından üzr istəyib və etdiyi əməldən utandığını bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1198 Tarix: 02 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb
Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk
27 oktyabrMoldovanın Baş naziri Ukraynaya gedib
Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbua
26 oktyabrÇexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27 oktyabrLula da Silva yenidən Braziliya prezidenti seçildi
"Folha de Sao Paulo" qəzetinin Seçki Komissiyasının məlumatlarına istinadən verdiyi məlumata görə, Braziliya Prezidenti Luis İnasio Lula da Silva səsvermənin ikinci turunda senator Flavio Bolsonaroya qalib gələrək yenidən seçilib. xəbər verir ki, hazırda bülletenlərin 99,79%-i emal olunub
26 oktyabrRusiya Kiyevə zərbələr endirib: Ukraynada lokal atəşkəs başlayıb
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları həyata keçirib. Hücumlar Rusiyanın nəzarətində olan Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulan lokal atəşkəsin başlaması ilə eyni vaxta təsadüf edib. Bu barədə The Guardian nəşr
27 oktyabrAlmaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır
Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə
26 oktyabr