İllərlə yalançı qəbirlə özünə təsəlli verən, oğlunun sümüyünün tapılmasına qurban deyən ana - FOTO

İllərlə yalançı qəbirlə özünə təsəlli verən, oğlunun sümüyünün tapılmasına qurban deyən ana - FOTO"Bu ilin yanvarında oğlum yuxuma girmişdi. Görürəm ki, evimizə gəlib və tez onu qucaqlayıram, çay verirəm. O da mənə deyir ki, ana, mən gedirəm. Deyirəm ki, İlham, hara gedirsən? Axı mən sənin gəlişinə qurban demişəm... Oğlum gülür və "ana, mən də gəlişimə qurban demişəm" deyir. Bəlkə də sümükləri tapılacaqmış, ona görə yuxuma girib, bilmirəm... Oğlumun sümüklərinin tapılmasına qurban demişəm (ağlayır)".

Bu sözləri Oxu.Az-ın əməkdaşına Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş hərbçilərdən biri Dadaşov İlham Adil oğlunun anası Elmira Dadaşova bildirib.

Elmira ana bizimlə danışmağa başlayandan göz yaşlarını saxlaya bilmirdi. Hər cümləni bitirdikcə, deyirdi ki, oğlumun sümüyünə qurban demişəm...

"Üst-başı qan içində gəldi"

30 ildir oğul həsrəti çəkən ana oğlunu sonuncu dəfə Qarabağa yola salanda görüb:

"İlhamın babası axund olduğu üçün uşaq vaxtından Quranı ona öyrətdi. Sonra onu Nərimanov rayonunda məktəblərin birinə yazdırdıq. Onun 10-cu sinifdə oxumağı Qanlı Yanvar hadisələrinə təsadüf etdi və mən Bakıya oğlumu evimizə aparmağa gəldim.

Çatanda İlhamı tapmadım, gözlədim və axşamüstü üst-başı qan içində gəldi, dedi ki, yaralıları, meyitləri xəstəxanalara daşıyırlar. Oğlumu qucaqladım və dedim ki, səni evimizə aparmağa gəlmişəm. Yalvardı ki, iki gün vaxt verim şəhidlərin dəfn olunmasına kömək etsin, onu gözlədim və Neftçalaya qayıtdıq.

Daha sonra hərbi xidmətini Rusiyanın Sankt-Peterburq şəhərində çəkib. SSRİ dağılandan sonra qayıtdı. Gəlməmişdən əvvəl mənimlə danışdı. Həmin vaxt Qarabağda müharibə başlamışdı. İlhama dedim ki, anan qurban gəlmə, orada Şərqşünaslığı oxu. Mənə qulaq asmadı, "mən Qarabağa getməyə gəlirəm" dedi və qayıtdı.

Döyüşlərə könüllü getmək üçün yazıldı, iki dəfə onu getməyə qoymadım. Bir gün gəldi ağladı və mənə dedi ki, "ana, yaxşı iş görmürsən, məni cavanların arasında pərt edirsən". Fevral ayında Xocalı faciəsi baş verəndən sonra qərarını vermişdi və getmə vaxtını gözləyirdi. Hər evə gələndə deyirdi ki, mənə məktub gəlib? Bir gün hərbi xidmətə çağırış gəldi və sevinərək hazırlaşdı.

Mən də onunla hərbi komissarlığa getdim və öyrəndim ki, birbaşa Qarabağa aparırlar. Avtobusa minəndə "Ana nigaran qalma, gələcəyəm" dedi. Elə bil hiss etdim ki, bu, oğlumun son gedişidir və mən avtobusun arxasından yapışdım, xeyli süründüm. Gedəndən sonra döyüş yoldaşlarının birindən mənə məktub yollamışdı ki, bir aya qayıdacaq.

10, 15 gün oldu, gəlmədi...Mən də arxayınam ki, balam gələcək. Sentyabrda artıq balam yox imiş. Amma rayonda heç kimin cəsarəti çatmayıb ki, oğlumun olmadığını bizə desin. Mən də ərzaq hazırladım. Böyük oğlum, atası və mən getdik onu görməyə. Oğlum gəldi və mənə dedi ki, İlham yoxdur. Ondan sonrasını xatırlamıram... sən demə bir gecə də saçım ağarıb, qocalmışam... Oğlumun itkin düşməsindən yeddi aydan sonra həyat yoldaşım da onun dərdinə dözmədi...".

Daha sonra bizə oğlundan geri qalan şəkilləri göstərir

Yalançı məzar, yarım metr kəfən...

Həmsöhbətim deyir ki, oğlunu axtarmaq üçün günlərlə, aylarla döyüş bölgəsində qalıb:

"Meyitlərin içinə girirdim və oğlumu axtarırdım. 15 gün əsgərlərlə hərbi hissədə qaldım ki, bəlkə meyiti tapılar, amma faydası olmadı... Bir dəfə olub ki, yolu azmışam və Horadizdən erməni tərəfə keçəndə geri qaytarıblar. Bilmirəm axı. Tanımıram. Əsgərlərə yalvarırdım ki, oğlumun artıq olmadığını bilirəm, amma meyitin götürsünlər. Son ümid yerim 1998-ci ildə Bərdədə naməlum əsgərlərin dəfn edildiyi yer idi. Ora getdim və şəkilləri göstərdilər, baxdım ki, İlhama aid məzar yoxdur".

Ana deyir ki, oğlu üçün yalançı məzar düzəltdirib:

"Üç il bundan qabaq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat pul verildi. Oğlanlarım dedi ki, ana, o pulu evə gətirmə. Mən də həmin pulla oğluma məzar daşı düzəltdirdim, yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam. Yalançı qəbir düzəltdirdim ki, onunla təsəlli tapım".

"Onun sümüklərinin tapılmasına qurban demişəm"

30 ildir ki, yuxuya həsrət olduğunu deyən ana bildirib ki, oğlunun olmadığını bilsə də, onu gözləyir:

"Xəstə olduğum üçün oğlanlarım məni Bakıya gətiriblər. O gün internetdə Fərrux dağında Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin aşkarlandığı yazılmışdı. Oğlum dedi ki, ana, ürəyin gələr baxmağa? Dedim ki, oğlumu axtaranda o qədər başsız, qolsuz bədən görmüşəm ki...

Ümidlə o sümüyün birinin mənim İlhamıma məxsus olacağını gözləyirəm. O vaxtı onun sağ gəlməsinə görə, qurban demişdim, amma gəlmədi. Bu xəbər oxuyandan sonra əlimi Allaha qaldırdım və dedim ki, mən onun sağlığına qurban demişdim, o qəbul olunmadı, amma indi onun sümüyünün tapılmasına qurban deyirəm. Artıq qurbanlıq qoyunu da aldırıb, həyətə qoydurmuşam".

"Novruz bayramı gələndə hamı əzizlərinin qəbirüstünə gedir. Onlara həsrətlə baxıram. Məktəbə oğlumun şəklini vurublar, gedib, gül qoyub, qayıdıram. Həyətimizdə də onun adına bulaq düzəltdirmişəm. Ürəyim dolanda bulağın yanında otururam, oğlumla dərdləşirəm... Vətən müharibəsi başlayanda sevindim. Ümidim yarandı ki, oğlumun meyiti tapılacaq. İlahi, o sümüklərdən biri mənim balamın olsun və aparım onu basdırım. Bilərəm ki, oğlumun ruhu artıq rahatdır...", - deyə ana əlavə edib.
İllərlə yalançı qəbirlə özünə təsəlli verən, oğlunun sümüyünün tapılmasına qurban deyən ana - FOTOİllərlə yalançı qəbirlə özünə təsəlli verən, oğlunun sümüyünün tapılmasına qurban deyən ana - FOTOİllərlə yalançı qəbirlə özünə təsəlli verən, oğlunun sümüyünün tapılmasına qurban deyən ana - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1080   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr