Vaksin pandemiyadan sonra da bizimlə olacaq? - AÇIQLAMA
"Türkiyənin koronavirusa qarşı yerli vaksini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir. Sınaqların 15 ay davam edəcəyi bildirilib".
Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, vaksinin uzunmüddətli dövrü əhatə edəcəyi anlamına gəlmir:
"TURKOVAC" bizim qardaş ölkənin brendi olan koronavirus əleyhinə vaksindir. Vaksinin Azərbaycanda sınaqdan keçirilməsi o demək deyil ki, mütləq istifadə olunacaq. Həmin vaksin bir neçə ölkədə sınaqdan keçdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən beynəlxalq sertifikat alacaq. Ondan sonra vaksin dünyanın hər yerində istifadə edilmək hüququ qazanacaq. Bu o demək deyil ki, 15 ay sonra bizdə koronavirus olacaq, vaksinasiya davam etdiriləcək.
Vaksin hazırlanır və qeydiyyatdan keçiriləcək. Nə vaxtsa ehtiyac yaranarsa, istifadə olunacaq. Allah elə etsin ki, heç bir vaksinə ehtiyac olmasın. Ancaq heç kim deyə bilməz ki, bir ildən, üç ildən sonra virusun başqa mutasiyası çıxmayacaq. Yaxud Afrikada, Avstraliyada yayılmayacaq. Bunlar olsa, "TURKOVAC"dan istifadə olunacaq. Türkiyə qardaş ölkədir, buna görə də Azərbaycanda bu vaksinin sınaqdan keçirilməsi normaldır".
Parlamentari vaksinasiyanın mövsümi xarakter daşıyıb-daşımayacağı barədə də fikirlərini bölüşüb:
"Mən hesab edirəm ki, pandemiya bitəndən sonra vaksinasiya könüllük əsasında təklif olunacaq. Qrip virusuna görə əhali mövsümi olaraq payız-qış aylarında vaksinasiyadan könüllü keçir. Koronavirus əleyhinə vaksin üçün də dövlət vəsaiti hesabına şərait yaradılacaq. Ancaq pandemiya yenidən kütləvi şəkildə yayılsa, vaksin məcburi də ola bilər. Təbii ki, bunu heç kim arzulamır".
Qeyd edək ki, Azərbaycanda "TURKOVAC"ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1000 Tarix: 02 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabr