Azərbaycanlı deputatdan rus siyasətçinin "İskəndər" hədəsinə CAVAB

Azərbaycanlı deputatdan rus siyasətçinin "İskəndər" hədəsinə CAVABRusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın "Realist" İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkəni "Kalibr" və "İskəndər" raketləri ilə hədələyib.

Maraqlıdır, Mixail Delyaginin və Aleksandr Şerinin Azərbaycana qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirmələrinin arxasında nələr dayanır?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Müşfiq Cəfərli rusiyalı deputatların məqsədlərinin Azərbaycanla əlaqələri pozmaqdan ibarət olduğunu bildirib. Millət vəkili fikirlərini belə əsaslandırıb:
"Rusiyalı deputat Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Bu fikirlər daha əvvəl Azərbaycanı hədələyən həmkarının fikri ilə üst-üstə düşür.

Mən düşünürəm ki, burada əsas məqsəd Azərbaycanla Rusiya arasında olan münasibətləri zədələməkdən ibarətdir. O, müsahibəsində qeyd edib ki, hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Lakin görünən odur ki, rusiyalı deputat unudur ki, indiki durumda Rusiyaya qarşı heç bir sanksiyalara qoşulmayan ölkələrdən biri də məhz Azərbaycandır. Mən Aleksandr Şerinə yenicə imzalanmış Mütəffiklik haqqında bəyənnaməni xatırlatmaq istərdim. Azərbaycan dövlətinin duma deputatının qeyd etdiyi kimi həll olunmamış məsələsi qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü əvvəlcə 44 günlük şanlı mübarizəsi ilə sonra isə məhz Rusiyanın imzası ilə təsdiqlənən sənədlə bərpa edib. Mən düşünürəm ki, Aleksandr Şerin bu çıxışıyla məhz öz hökumətinin imzasına hörmət etmir".

Deputat Aleksandr Şerinin bundan əvvəlki fəaliyyətinə də diqqət çəkib:

"Mixail Delyagin də eyniylə Aleksandr Şerin kimi ölkəmizin neft sənayesini raketlərlə vurmaq çağırışını etmişdi. Təəssüf ki, hər iki deputatın bu fikirləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata və "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"yə qarşı çıxmaq deməkdir.

Aleksandr Şerin Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqda bəyannamənin imzalanmasına münasibət bildirərkən demişdi ki, Türkiyə Azərbaycanda hərbi baza aça bilər və qeyd edirdi ki, Azərbaycan Türkiyə vasitəsilə NATO ilə yaxınlaşmağı hədəfləyir. Bunu Rusiya üçün təhlükə mənbəyi kimi qələmə verirdi.

Ümumiyyətlə, Aleksandr Şerin siyasi fəaliyyəti boyunca Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yaddaşdadır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1430   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zəfər - milli iradənin, lider qətiyyətinin və dövlətçilik strategiyasının təntənəsidir

Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Lakin bu tarixi yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki 8 Noyabr Zəfəri illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, milli iradənin, siyasi qətiyyətin, hərbi quruculuğun və diplomati

8 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"

"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Türkiyə həm Azərbaycanı

8 noyabr
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanl

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı v

8 noyabr
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

8 noyabr
.

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm

8 noyabr