Ermənistanın "SU-30" yalanı - VİDEO
"SU-30" qalmaqalı getdikcə böyüyür. Ermənistanın Baş Naziri Nikol Paşinyan hər vəchlə qırıcıları Ukrayna cəbhəsinə göndərmədiyini desə də, "HABER GLOBAL" telekanalı yeni faktlar təqdim edib.
Bununla da Ermənistanın Baş nazirinin yalanı bir daha ifşa olunub. Qırıcıların Ukraynaya göndərilməsi ilə bağlı yeni faktların üzə çıxması Ermənistanın hərbi-siyasi rəhbərliyini də təşvişə salıb. Xəbər yayılandan sonra bir müddət şok keçirən, çaşqınlıq içində olan İrəvan, yavaş-yavaş şokdan ayılaraq yeni hiyləyə əl atıb.
Paşinyan, Suriyadan göndərilən qırıcıları tələm-tələsik Qərb ölkələrinin hərbi attaşelərinə nümayiş etdirsə də, bu onlara bir o qədər də inandırıcı gəlməyib.
Çünki, İrəvanın hiyləgər manevrlərinə vərdiş edən Amerika və Avropa ölkələri, bu gedişin də elə Paşinyansayağı gediş olduğunu düşünüblər. Beləliklə Rusiyanın narazılığı ilə qarşılaşan Ermənistan, digər tərəfdən də Qərbin artan təzyiqlərinə məruz qalacaq. Çünki Türkiyə kəşfiyyatına məlum olan faktlar NATO ölkələrinin xüsusi orqanlarına da məlumdur.
Artıq təzyiqlərin ilk dalğası özünü göstərməkdədir. Ağ Evin 2023-cü il üçün Ermənistana maliyyə yardımını xeyli azaltmasını, Birləşmiş Ştatların Ukrayna müharibəsinə görə Ermənistanı cəzalandırmaq addımı kimi qiymətləndirmək olar.
Beləliklə, özünü "balanslı siyasət" yürüdən dövlət kimi göstərmək istəyən Ermənistanın bu ikibaşlı siyasəti növbəti dəfə ona baha başa gəldi və diplomatik zərbə ilə nəticələndi./Real
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva