Türkiyə Müdafiə Nazirliyindən Qara dənizdə üzən minalarla bağlı AÇIQLAMA

Türkiyə Müdafiə Nazirliyindən Qara dənizdə üzən minalarla bağlı AÇIQLAMATürkiyə milli müdafiə naziri Hulusi Akar Qara dənizdə dreyf edən minalara qarşı görülən tədbirlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, heç kimə zərər vermədən bu təhlükəni aradan qaldırmaq üçün çalışırıq.

Akar Hərbi Dəniz Qüvvələri Komandanlığına aid mina axtarma gəmiləri və dəniz patrul təyyarələrinin hazır vəziyyətdə olduğunu vurğulayıb:

"Alınan hər bir bildiriş dəyərləndirilir və lazımi tədbirlər görülür. Dəniz nəqliyyatında heç bir problem yoxdur".

Hulusi Akar əlavə edib ki, Ukrayna limanlarında gözləyən türk gəmilərinin təcili və təhlükəsiz şəkildə təxliyyəsi ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə təmaslarını davam etdirirlər.

Nazir həmçinin qeyd edib ki, Türkiyə Mariupoldan dəniz yolu ilə dinc əhalinin və yaralıların təxliyyəsini təşkil etmək üçün gəmilər ayırmağa hazırdır.

Onun sözlərinə görə, Türkiyə tərəfi bu məsələdə Rusiya və Ukrayna strukturları ilə koordinasiyalı olaraq fəaliyyət göstərir:

"Ankaranın təxliyyə prosesinə dəstək verməyə hazır olması bizim müdafiə departamentimizə dəvət olunmuş Rusiyanın Türkiyədəki hərbi attaşesinin diqqətinə çatdırılıb. Oxşar təşəbbüs Rusiya hakimiyyətinə Türkiyənin Moskvadakı hərbi attaşesi vasitəsilə də ötürülüb".

O qeyd edib ki, Türkiyə Ukrayna xalqına humanitar yardım çatdırmaqda davam edir.

Türkiyəli siyasətçi xatırladıb ki, son həftələrdə o, rusiyalı və ukraynalı həmkarları Sergey Şoyqu və Aleksey Reznikovla dəfələrlə telefonla danışıb. Onun sözlərinə görə, İstanbulda Reznikovla da şəxsi görüşü olub.

Türkiyəli nazir həmçinin Rusiya Federasiyası və Ukrayna ilə aktiv təmaslar və türk gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışı məsələsi barədə məlumat verib. Bundan başqa, Akar atəşkəslə bağlı razılaşmaların əldə olunmasının vacibliyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1263   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr