Xalqın və dövlətin inkişafına yönəlmiş siyasət
2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qələbə azanaraq növəti dəfə Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi.
Keçən 19 il ərzində İham Əliyev Prezident kimi çox mühüm və ölkəmiz üçün taleyüklü işlər gördü, böyük uğurlar qazandı. Ölkədə bütün sahələr üzrə ciddi nailiyyətlər qazanıldı. Onun beynəlxalq aləmdə imici möhkəmləndi. Bu da Azərbaycan Prezidentinin çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kursu sayəsində əldə edildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, gördüyü işlər nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövləti olmuşdur. Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların araşdırılması göstərir ki, Azərbaycan son 19 il müddətində nəhəng irəliləyiş əldə edib. Bu irəliləyişlər bütün sahələri əhatə edib. Bu illər ərzində ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirilib, onun beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüz bərpa edildi. Bu gün düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması qarşımızda düran əsas məsələdir. Əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində biz buna nail olacağıq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva