İrəvan yalan və iftira maşınını yenidən işə saldı: Kütləvi məzarlıq kimindir?

İrəvan yalan və iftira maşınını yenidən işə saldı: Kütləvi məzarlıq kimindir?"İrəvan yalan və iftira maşınını yenidən işə salaraq, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa çalışır".

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Ordusunun azad etdiyi Fərrux kəndində kütləvi məzarlığın aşkar edilməsindən təşvişə düşən Qarabağ separatçılarının guya elmi əsaslara söykənərək Bakının arqumentlərini təkzib etməsi və həmin məzarlığın guya IX-XII əsrə aid erməni qəbirləri olduğu barədə uydurmalarına münasibət bildirərkən deyib:

"Ermənilər yenə də öz ampluasındadır. Yenə də şər, böhtan, dezinformasiya ifraz etməklə məşğuldur. Bəlli həqiqətdir ki, 4 minə qədər soydaşımız Ermənistanda girov götürülüb. Onların sonrakı aqibəti ilə bağlı heç bir məlumat yoxdur. Onlarla bağlı Azərbaycan tərəfinə heç bir məlumat verilmir, onların sonrakı taleyini, kütləvi məzarlıqların yerlərini gizli saxlamaqda davam edirlər. Fərrux kəndinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsindən sonra orada kütləvi məzarlıq üzə çıxarılıb".

Deputat aparılan araşdırmalara əsasən bildirir ki, həmin məzarlıqda Birinci Qarabağ müharibəsi dövründə Fərrux kəndi uğrunda gedən döyüşlərdə şəhid omuş soydaşlarımızın qəbirləri yerləşir:

"İrəvan isə yalan və iftira maşınını yenidən işə salaraq, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa çalışır. İddia edirlər ki, guya orada tapılan sümüklərin heç bir halda azərbaycanlılara aydiyyatı yoxdur. Hətta həyasızcasına iddia edirlər ki, burada tapılanlar guya IX-XII əsrə aid erməni sümükləridir.
Onlar elə yalanlar uydurur ki, heç tənqidə belə dözmür. Bütün təhlil və araşdırmalar isə ermənilərin dediyinin tam əksini sübut edir".

E. Nəsirov qeyd edir ki, ermənilər törətdikləri vəhşiliklərinin növbəti dəfə işfa olunacağından qorxuya düşdüyündən həmin məsələ ətrafında belə hay-küy, dezinformasiya uydurur:

"Fərrux kəndində tapılan sümükləri yaşına və cinsinə qədər müəyyənləşdirmək mümkündür. 2007-ci ildə Quba məzarlığı aşkar edilərkən keçirilən ekspertiza ilə oradakı sümüklərin nəinki yaşı, hətta hansı cinsə mənsub olduğu da bəlli oldu. Ekspertizanın nəticəsində bəlli oldu ki, orada 50-dən çox uşaq, 100-dən çox qadın da erməni vəhşiliyinin qurbanı olub. Bu baxımdan 30 illik dövrün ekspertizasını aparmaqda heç bir mürəkkəblik yoxdur. "26 Bakı komisarı" kimi xalqımıza sırınan komisarların qəbri qazılanda məlum oldu ki, orada cəmi 23 komisar var. Sənədlərdə var ki, həmin 26 komisarın yaşı 40-dan çox deyil. Yəni yaşına qədər onları göstərmək mümkündür. Ona görə də Fərrux kəndində tapılan sümüklərin kimə mənsub olduğunu müəyyənləşdirməkdə heç bir qəliz məsələ yoxdur. Bu səbəbdən ermənilər təşvişə düşüblər. Ona görə də öz xislətlərinə uyğun olaraq yenə də yalan, iftira uydurmaqda, dünya ictimaiyyətini çaşdırmaqda davam edirlər.

Azərbaycan dövləti bu məsələləri beynəlxalq qurumlar qarşısında da qaldırıb, haqqın, ədalətin zəfər çalmasına nail olacaq. Çünki haqq bizim tərəfdədir"./Qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1297   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizin başçıs

8 noyabr
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov

"Qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəkdir. Cənab Prezident İlham Əliyev demişdi ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəliyi ilə görənləri heyran edir. İşğaldan azad edilmiş ərazilərd

8 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"

"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi

8 noyabr
.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Dövlətimizi

8 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr