Azərbaycanda quru sərhədlərin açılmağı niyə müşkülə çevrilib?

Azərbaycanda quru sərhədlərin açılmağı niyə müşkülə çevrilib?Artıq uzun müddətdir ki, Azərbaycanda sosial şəbəkələrdə müzakirə olunan ən aktual mövzulardan biri xarici ölkələrlə quru sərhədlərinin açılmasıdır.

Dünyanın əksər ölkələri koronavirus pandemiyasının səngiməsi ilə bağlı quru sərhədlərini xarici ölkə vətəndaşları üçün açıb. Qonşu ölkələr – Türkiyə, Gürcüstan və Rusiya da bu prosesdən kənar qalmayıb. Azərbaycanda da quru sərhədlərinin açılması səbirsizliklə gözlənilir.

Martın 6-da Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi yumşaldılması barədə qərar verilib. Həmin tarixdən etibarən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti aradan qaldırılıb, toylarda nəzərdə tutulan 150 nəfərlik məhdudiyyət aradan götürülüb. Eyni zamanda yas mərasimlərinin keçirilməsinə icazə verilib. Yumşalmalar hava limanına aid edilib. Belə ki, əvvəl hava limanına öz yaxınını qarşılamağa və yola salmağa gedən şəxslər aeroport daxilinə buraxılmırdısa, müvafiq qərardan sonra həmin qadağa da aradan götürüldü.

Aydındır ki, yumşalmalara koronavirusa gündəlik yoluxma sayının kəskin azalması fonunda gedilib. Belə ki, martın 20-dən bəri Azərbaycanda yoluxma hallarının sayı 100-ü, son üç gündə isə 50-ni belə keçməyib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın quru sərhədlərinin bağlı qalması cəmiyyətdə anlaşılmazlıqla qarşılanır və müəyyən suallar yaradır. "Qafqazinfo" məsələ ilə bağlı millət vəkillərinin mövqeyini öyrənib.
Azərbaycanda quru sərhədlərin açılmağı niyə müşkülə çevrilib?Deputat Fazil Mustafa hesab edir ki, hazırda Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını izah etmək çətindir: "Düşünürəm ki, quru sərhədlərini açmaq lazımdır. Vətəndaşlarımız həqiqətən də bu məsələ ilə bağlı müəyyən narahatlıqlar keçirirlər. Quru sərhədlərinin açılmasına dair hökumətə çağırışlar, müraciətlər olub. Mən özüm də dəfələrlə sosial şəbəkələr və digər variantlarda hökumətə müraciət etmişəm. Çünki xeyli insan, xeyli vətəndaşımız bu haldan əziyyət çəkir. Yəqin ki, hökumət məsələni müzakirə edib bir qərar verəcək. Bu hökumətin səlahiyyətinə aid olan məsələdir. Hər hansı bir şəkildə karantin qaydaları ilə əsaslandırıb sərhədləri bağlı saxlayırlar".

O, eyni zamanda əlavə edib ki, Azərbaycanın quru sərhədlərinin yaxın vaxtlarda açılmasına dair gözləntisi yoxdur.
Azərbaycanda quru sərhədlərin açılmağı niyə müşkülə çevrilib?Millət vəkili Musa Qasımlı da artıq quru sərhədlərin açılmasının vaxtı çatdığını düşünür: "Koronavirus pandemiyasının yaratdığı şəraitdə yumşalmalar olduğu üçün quru sərhədlərimizdə bəlli tədbirlər görmək şərtilə gediş-gəliş bərpa oluna bilər. Bu, ölkəmizə turistlərin gəlməsinə müsbət təsir göstərər. Artıq quru sərhədlərinin açılmasının vaxtının yetişdiyi qənaətindəyəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1769   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr