Uzaq yol gedən zaman oruc batil olur? - AÇIQLAMA
İnsanlar arasında müzakirəyə səbəb olan məqamlardan biri də Mübarək Ramazan ayında oruc tutanların səfərə çıxması ilə bağlıdır. Bəzi insanlar oruc tutduqları halda uzaq səfərə çıxarkən oruca heç bir maneə olmadığını desələr də, digərləri uzaq yol getdikdə orucun batil olduğunu bildirirlər.
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı alim, din xadimi Əhliman Rüstəmov açıqlama verib.
O bunun çox böyük məsələlərdən olduğunu bildirib:
"İnsanlar müxtəlif yerlərdə işləyir, fərqli səbəblərdən harasa gedərək uzaq məsafə qət edirlər:
"Ümumiyyətlə, şəriətdə belədir ki, 1 nəfər vətənindən, yaşadığı yerdən 22 kilometr uzaqlaşarsa, səfərə getdiyi zaman onun namazı tam deyil, qısaldılmış olur (4 rükətli namazalar 2 rükət qılınır), orucu isə, günortaya qədər gedib-qayıtmasa, batil olur.
Günortadan sonra səfərə çıxsa, sabahı günün günortasına qədər orada qalsa, orucu səhihdir. Lakin bu hökm bəzi inanlara nisbətdə fərqli ola bilər. Məsələn, sürücülər hər zaman işlə bağlı səfərdə olurlar. Hər gün 22 kilometrdən artıq yol gedirlər, şəhərdən uzaqlaşıb, işlərini həll edib gəlirlər. Onlar oruclarını tutmalıdırlar.
Amma səfərə təsadüfən çıxanlar günortaya (yəni günorta azanına) qədər gedib qayıtmalıdırlar, yaxud günorta azanından sonra gedib, səhəri günün günorta azanına qədər qayıda bilərlər. Bir sözlə, günorta azanına qədər gedib-qayıtmaq səhihdir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2809 Tarix: 04 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabr