Jurnalistlər güzəştli ipotekadan nə vaxt yararlanacaqlar?
Məlum olduğu kimi, bu ilin fevral ayında Baş nazir "Media haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Prezidentin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həmçinin jurnalist vəsiqəsinin forması və dəyişdirilməsinə görə ödənişin məbləği ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulurdu.
"Qafqazinfo" hazırda bununla bağlı məsələnin nə yerdə olduğu ilə maraqlanıb, reyestr layihəsinin hazırlanması ilə bağlı Medianın İnkişafı Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan sayta bildirilib ki, hazırda ilkin layihə müzakirə mərhələsindədir: "Media Reyestrinin aparılması qaydalarının, həmçinin jurnalist vəsiqəsi və Media Reyestrinin şəhadətnaməsinin formasının ilkin layihəsi hazırlanıb və aidiyyəti qurumlarla işçi qaydada müzakirələr aparılmaqdadır. Bu proses yekunlaşdıqdan sonra təkliflər aidiyyəti üzrə təqdim ediləcək".
Qeyd edək ki, Prezidentin bu ilin fevralında imzaladığı fərmana əsasən, artıq jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər. Sözügedən fərmana əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər dörd faizli ipoteka krediti ala bilərlər. Göründüyü kimi, reyestr hazır olmadığından hələ ki, jurnalistlər bu hüquqdan yararlana bilmirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 653 Tarix: 04 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabr