Fərrux dağında şəhid olan şəxsin qardaşı: "Bilmirik, aşkarlanan sümüklər bizim qardaşımızındır, ya yox" - FOTO
Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşmüş hərbçilərimizdən biri də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Dizə kəndindən olan 1972-ci il təvəllüdlü Cəfərov Sənan Vəli oğludur.
Sənan Cəfərov 1992-ci ilin yazında hərbi xidmətə yollanıb. Müharibənin ən qızğın vaxtında isə cəbhəyə yola düşüb.
Sənanın qardaşı Elnur Cəfərov Oxu.Az-a açıqlamasında deyib ki, qardaşının müharibəyə getdiyi vaxtlarda onun cəmi on yaşı olub:
"Bu barədə məlumatlı olan bizim böyük qardaşımız və atamız idi. Hər ikisi artıq rəhmətə gedib. Onların danışdıqlarından bilirəm ki, qardaşım Fərrux yüksəkliyində şəhid olub. Başqa məlumat axtarsaq da, tapa bilmədik. 1993-cü ildə böyük qardaşım gedib maraqlanmışdı. Sənanın komandirlərini tapıb onlardan xəbər almışdı ki, Sənan, həqiqətən, Fərrux yüksəkliyində döyüşüb və şəhid olub".
Qardaşı deyir ki, Sənan onlara heç bir məktub göndərməyib:
"Bizdə onun nə şəkli var, nə də məktubu. Sənanın ölüm xəbərini də bizə elə böyük qardaşım gətirmişdi. İndi Fərrux yüksəkliyində aşkarlanan qalıqlar barədə məlumat oxuyuruq. Biz bu günə qədər Sənan barədə məlumat öyrənə bilmədik. Bir gedişini bildik, iki il sonra da - şəhid olduğunu".
E.Cəfərov deyir ki, atası, qardaşı sağ olan zaman aidiyyəti qurumlar tərəfindən onlardan DNT nümunələri götürülüb:
"Hələ 2008-ci ilə qədər bizə bir neçə dəfə gəlib-getmişdilər. Bacılarımdan, qardaşlarım və atamdan da nümunə götürmüşdülər. Bu yaxınlarda bizimlə əlaqə saxlayan olmayıb. Heç bilmirik, orada aşkarlanan sümüklərdən bizim qardaşımıza aid olanı var, yoxsa yox. Fərrux yüksəkliyində şəhid olan 62 oğuldan biri mənim qardaşımdır. Sənanın özü də qayıtmadı, döyüş yoldaşları da. Onun şücaətindən, qəhrəmanlığından, necə şəhid olmasından xəbərimiz olmadı".
Sənan Cəfərovdan geriyə ailəsinə cəmi dörd şəkli qalıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva