Afət Fərmanqızı Azərbaycan vətəndaşlığından İMTİNA EDİB?
Müğənni Afət Fərmanqızı Rusiya vətəndaşlığını alıb.
Afət Fərmanqızı Lent.az-a açıqlamasında Rusiya vətəndaşlığını alması ilə xəbərə şərh vermək istəməyib.
O, bununla bağlı vəkili Elvina Abramova ilə əlaqə saxlamağı tövsiyə edib.
Bu barədə sorğunu cavablandıran vəkil Elvina Abramova Afət Fərmanqızının Rusiya vətəndaşlığını alması xəbərini təsdiqləyib.
Bildirib ki, müğənni 2012-ci ildə Rusiya vətəndaşlığını qəbul edib:
"Afət Fərmanqızı Rusiya vətəndaşlığını alan zaman bunu ictimailəşdirməmişdi. Onun Rusiyaya köçməsi ilə əlaqədar indi qərara aldıq ki, bu suallara cavab verək".
Məsələnin hüquqi tərəfi isə fərqlidir. Azərbaycan vətəndaşlığını daşıyan şəxs başqa bir ölkənin vətəndaşlığını qəbul edə bilərmi? Qəbul edə bilərsə, o, Azərbaycan vətəndaşlığından çıxarılırmı?
Hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, Azərbaycanda ikili vətəndaşlıq 2014-cü ildə ləğv olunub:
"Əgər Rusiya vətəndaşlığı 2014-cü ildən öncə alınıbsa, bu qərarın ona təsiri yoxdur. 2014-cü ildə qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycanın vətəndaşlığını tanımayan ölkə ilə ikili vətəndaşlıq alına bilməz.
Qanuna əsasən, hansısa bir şəxs digər ölkənin vətəndaşlığını qəbul edirsə, o, bu barədə 1 ay müddətində aidiyyəti qurumlara məlumat verməlidir. Əks halda inzibati məsuliyyətə cəlb oluna bilər. 2014-cü ilə qədər isə bu tələb yox idi".
Hüquq müdafiəçisi Çingiz Qənizadə isə açıqlamasında Azərbaycan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini deyib:
"Hər hansı bir Azərbaycan vətəndaşı digər ölkənin vətəndaşlığını alırsa, birindən imtina etməlidir. İstər vətəndaşlığı 2010-cu ildə alsın, istər 2020-ci ildə alsın. Fərq etmir. Nəzərə alsaq ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur və heç kimə verilmir. Bu baxımdan digər ölkənin vətəndaşlığını almaqla Azərbaycan Respublikasının qanunlarını pozur. Qanun tələb edir ki, digər ölkənin vətəndaşlığını aldıqda Azərbaycan vətəndaşlığından imtina edilməlidir. Yəni əvvəllər Rusiya dövlətinin vətəndaşlığını almış şəxs hazırda ya Rusiya, ya da Azərbaycan vətəndaşlığından imtina etməlidir və bu barədə müvafiq dövlət orqanlarına yazılı şəkildə müraciət ünvanlamalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27 sentyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrTalıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabr