Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA

Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA"Son vaxtlar Azərbaycana qarşı müşahidə etdiyimiz təpkilər, təkrarlanan yanaşmalar və yersiz tənqidlər, əlbəttə ki, boş yerdə meydana çıxan tendensiyalar deyil. Onların arxasında müəyyən siyasi qüvvələr dayanır. Bu qüvvələr iki qardaş xalqın və iki qardaş ölkənin arasını vurmağa, nifaq salmağa, ixtilaflar yaratmağa və nəticədə insanlar arasında nifrəti alovlandırmağa çalışırlar. Bəs bu, ilk növbədə kimə lazımdır? Əlbəttə ki, üçüncü qüvvələrə. Türk dünyasının düşmənləri, İslam dünyasına qarşı olan qüvvələr, eləcə də Qafqaz bölgəsində yeni nizamın yaranmasından narazı qalan tərəflər mövcuddur. Onlar burada hər şeyi alt-üst etməyə çalışırlar".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, bildirib ki, bu qüvvələr Bakı ilə Ankara arasında hər zaman qarşılıqlı anlaşmanın olduğunu və Şuşa Bəyannaməsinin əhəmiyyətini də nəzərə alırlar:

"Buna görə də ilk növbədə ümumi atmosferi zəhərləməyə, iki ölkəni birləşdirən vahid məkanı sarsıtmağa və münasibətlərdə çatlar yaratmağa çalışırlar. Təbii ki, belə hallar sabitlik gətirmir, əksinə, mövcud sabitliyi pozur, insanlarda şübhələr yaradır. Nəticədə kimlərsə yayılan məlumatlara inanır, kimlərsə inanmır, digərləri isə uydurmalar ətrafında yeni fərziyyələr irəli sürərək müxtəlif kommunikasiya vasitələri ilə bunları yaymağa çalışırlar. Ən xoşagəlməz məqam isə geniş kütlələrin, xüsusilə sosial şəbəkə istifadəçilərinin bu cür proseslərə rəvac verməsidir. Halbuki belə məsələlərdə ehtiyatlı davranmaq lazımdır. İnsanlar arasında inciklik və kin-küdurət, hətta doğmalar arasında belə yarana bilər. Lakin bunlar həmişə davam etmir. Tərəflər anlaşılmazlıqları aradan qaldırmaq, bir-biri ilə ünsiyyət qurmaq və heç də hər hadisənin faciəvi xarakter daşımadığını anlatmaq üçün səy göstərirlər. Bəzi məqamlar gəldi-gedərdir və onların öhdəsindən gəlmək lazımdır".

Politoloq bildirib ki, biz strateji tərəfdaş olmaqla yanaşı, qardaş münasibətlərinə malik iki dövlət, iki millət və iki xalqıq:

"Buna görə də baş verənlər vicdanlı insanları düşündürür. Vəziyyət gərginləşəndə hər kəs öz münasibətini bildirməyə çalışır. Bilən də danışır, bilməyən də. Məncə, burada ən mənfi məqam odur ki, məlumatlı insanlar bəzən susur, məlumatsız şəxslər isə müxtəlif şərhlər verməyə başlayırlar. Bu, heç də arzuolunan proses deyil. Bəzi hadisələr qəfil baş versə də, onların arxasında müəyyən qüvvələr və özünəməxsus planlar dayanır. Bunlar xaosun memarlarıdır. Bununla yanaşı, quruculuğun önündə gedən insanlar da var. Onlar düşünürlər ki, yeni nəsillər böyüyür və biz onlara hansı dərsləri veririk, gələcək nəsillər kimdən nümunə götürməlidir? Bunlar formal məsələlər deyil. İlk növbədə, burada milli maraqlar dayanır. Həmin maraqları müəyyənləşdirmək, sağlam ruhda qorumaq və gələcəyə daşımaq üçün vicdanlı yanaşma, milli qeyrət və bütövlük lazımdır. Buna görə də hesab edirəm ki, bu məsələlərlə bağlı bütün imkanlarımızı, xüsusilə kommunikasiya vasitələrimizi səfərbər etməliyik ki, yanlışlıqlara və anlaşılmazlıqlara yol verilməsin".

Ekspert qeyd edib ki, problem yaranıbsa, onun öhdəsindən gəlmək lazımdır. Bəs bunu hansı vasitələrlə etmək olar?

"Yalnız sağlam yanaşma və bir-birimizi dinləmək yolu ilə. Bu baxımdan, geniş kommunikasiya imkanlarımız mövcuddur. Mədəniyyət xadimləri, siyasi sahənin nümayəndələri, ictimai fikrin liderləri, qeyri-hökumət təşkilatlarının aparıcı qüvvələri və digər təmsilçilər bir-biri ilə birbaşa təmasdadırlar. Bütün bu institutları və cəmiyyətin müxtəlif təbəqələrini səfərbər etmək lazımdır ki, iki qardaş ölkə arasındakı münasibətləri yad təsirlərdən və kənar müdaxilələrdən qoruya bilək. Eyni zamanda, yanlış məlumatlar və uydurmalar yayan qüvvələrin bu prosesə təsir imkanlarını məhdudlaşdırmalı, bir-birimizi dinləməyə şərait yaradan formatlara üstünlük verməliyik. Bilirsiniz, hər bir oyunun əvvəlində səhvlər və yanlışlıqlar olur. Lakin oyun davam etdikcə insan anlayır ki, bir çox şeyi dəyişmək lazımdır. Biz də özümüz qarşısında hesabat verməli, hansı məsələlərdə səhvə yol verdiyimizi, hansı addımların yanlış olduğunu və onları necə düzəldə biləcəyimizi müəyyənləşdirməliyik. Bunun üçün həm imkanlarımız, həm intellektual potensialımız, həm də kommunikasiya vasitələrimiz var. Adi telefondan və digər cihazlardan tutmuş peyk imkanlarına qədər bütün vasitələri bu prosesə cəlb etməliyik".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 192   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

AQEM-də Azərbaycanın mövqeyi daha da artır

Müasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıql

16 oktyabr
.

Azərbaycan Prezidenti Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı səfirlə söhbə

16 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

Əli Həsənova yeni vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədr

16 oktyabr