Azərbaycanda siqaretin qiyməti nə qədər artacaq?

Azərbaycanda siqaretin qiyməti nə qədər artacaq?Xəbər verdiyimiz kimi, bu gündən Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə etdiyi dəyişiklik təsdiq edilib.

Artıq idxal edilən, tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb.

Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil edib. Beləliklə, tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlib.

Bununla da aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş verib.

Eyni zamanda, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 min ədədədək azalıb.

Deputat Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bütün dünyada siqaret və tütün məhsullarının istifadəsi ilə mübarizə aparılır:

"Bu, tək qiymətlərin artması ilə əlaqəli deyil. Məqsəd insanların siqaret çəkməsini məhdudlaşdırmaqdır. Bu mübarizədə ən önəmli amil kimi qiymət siyasəti nəzərdə tutulub. Burada əsas məram büdcəyə gəlirləri artırmaq deyil, həm də tütün məmulatlarının istifadəsini azaltmaqdır. Hətta çox ölkələrdə siqaretin qiyməti süni formada artırılır ki, ondan istifadə azalsın".

Onun sözlərinə görə, qiymətlərin artması qaçılmazdır:

"Ölkəmizdə yerli istehsal var və böyük bir qismi xarici brendlərdir. Azərbaycanda siqaret istehsal edən xarici şirkətlərə tövsiyəm odur ki, məhsulu yerli adlarla istehsal etsinlər.

Məsələn, siqareti - "Qarabağ", "Azərbaycan", "Bakı" adı altında istehsal etsinlər. Siqaret xüsusi bir məhsuldur. Daxildə istehsalçılarımız daha çox Azərbaycan adları satmağa çalışsalar, ziyanverici istehsalın günahının yarısı yuyula bilər. Azərbaycanda malların keyfiyyəti, çeşidləri artmalıdır və bununla biz doğru yolla inflyasiya ilə mübarizə apara biləcəyik".

Hazırda tütündən istifadə dünyada ən yayılmış zərərli vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı hesablamalara görə, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəliklərinin əsas səbəbi sayılır. Hər il tütünçəkmədən səkkiz milyona yaxın insan dünyasını dəyişir.

Dünya alimləri həyəcanla bəyan edirlər ki, bununla bağlı lazımi tədbirlərin görülməyəcəyi təqdirdə, bu rəqəm dəfələrlə arta bilər. Tütünçəkmənin ümumi iqtisadi zərəri il ərzində 1,4 trilyon ABŞ dollarından çoxdur.

Araşdırmalara görə, siqaret çəkən insanlar 40 yaşadək tütündən imtina etsələr, onların tütünçəkmə səbəbindən yaranan vaxtından əvvəl ölüm riski 90%-dək, 50 yaşadək tütündən imtina etsələr, ölüm riski yarıdan çox azala bilər.

JTI (Japan Tobacco International) Azərbaycan şirkətinin Korporativ Əlaqələr və Kommunikasiya üzrə meneceri Ayxan Şıxlı saytımıza açıqlamasında bildirib ki, ölkə daxilində istehsal olunan tütün məmulatlarına aksiz dərəcələrinə artım ilin əvvəlində olub:

"Orta bazar üzrə markadan asılı olaraq, siqaretlərin qiymətində artım olub. Təxminən bu artım 5-20 qəpik arası baş verib. Hazırkı dəyişiklik idxal olunan mallara şamil olunan aksiz dərəcələrinin artımıdır. Dövlət Statistika Komitəsinin məlumatlarına baxsaq, Azərbaycana idxal olunan siqaretlərin həcmi keçən il üzrə ümumi bazarın çox cüzi bir hissəsini təşkil edir. İdxaldan gələn mallara aksiz dərəcəsinin artırılması, yerli istehsalla eyniləşdirilməsi bazar qiymətlərinə bir o qədər təsir etməyəcək".

O bildirib ki, yeni dəyişikliyə görə, tütünəvəzedici malların da qiymət artımının cüzi olması düşünülür:

"Aksiz dərəcələrinin artırılması normal praktikadır. İdxal olunan siqaretlərin aksiz dərəcələrinin artırılması ilbəil baş verən prosesdir. İlkin olaraq ötən il aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manat olmuşdu. Bu rəqəm bu il 14 manata qaldırılıb".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2020-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda siqaret çəkənlər arasında 65 yaşlı şəxslər üstünlük təşkil edirlər.

Yaş qruplarında siqaret çəkənlərin xüsusi çəkisi, faizlə:
Azərbaycanda siqaretin qiyməti nə qədər artacaq?


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2569   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05

28 oktyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

2 noyabr