Konfrans Prezident İlham Əliyevin müdrik dövlət başçısı və dünya liderlərindən biri olduğunu bir daha göstərdi
Aprel ayının 29-da Bakıdakı ADA Univesitetində 23 ölkədən gəlmiş 40 nümayəndənın iştirakı ilə "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" mövzusunda nüfuzlu ali beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı və konfrans iştirakçılarının suallarına verdiyi cavablar dövlət başçımızın dünya səviyyəli, müdrik siyasətçi, əsil lider olduğu və dünyada gedən proseslər barədə yüksək məlumatlılıq səviyyəsinə malik olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirdiyi balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsin də mümkün olmuşdur. Bir daha sübut edildi ki, Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynəlxalq aləmdə gündəmi formalaşdıran ölkələr sırasına daxil etmişdir. Prezident İlham Əliyev beynəlxalq siyasətçi kimi öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivilizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərin informalaşmasına yönəltmşdir.
Prezident İlham Əliyev konfransda çıxışı və konfrans iştirakçılarının suallarını cavablandırarkən bir sıra çox mühüm məsələlərə münasibət bildirib. Qeyd olunub ki, Azərbaycan Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Cənab Prezident bildirmişdir ki, Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Bu prinsiplər Ermənistanla bağlanacaq sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib.
Sülh və qarşılıqlı münasibətlərlə bağlı sualı cavablandırarkən cənab Prezident qeyd edib ki, bu məsələlərə real yanaşılmalıdır. Azərbaycan xalqının yaraları 30 il ərzində sağalmayıb. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum 4 qətnamələrin yerinə yetirilməməsi ilə bağlı sualı cavablandırarkən dövlətimizin başçısı qeyd etmişdir ki, 27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü bu qətnamələri icra etdi.
Ölkəmizin başçısı qeyd etdi ki, "Yaxın 10 ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildəndə tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionunda tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq".
Ümumilikdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakıda keçirilən növbəti mötəbər beynəlxalq konfransdakı çıxışında və konfrans iştirakçılarının suallarını cavablandırarkən verdiyi cavablarda dünyada baş verən hadisələrə münasibəti və bu hadisələrə verdiyi qiymət Prezident İlham Əliyevin müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olduğunu bir daha göstərdi.
Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur